Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə
və İslahatlar Mərkəzi və "Ümidli Gələcək" Gənclər
Təşkilatı tərəfindən təlimçilər üçün keçirilən üçüncü
təlim kursu başa çatıb.
Bu layihə çərçivəsində akademik Zərifə Əliyeva adına
liseydə respublika tabeli lisey və gimnaziyaların
biologiya və həyat bilgisi fənlərini tədris edən 22
nəfər müəllim üçün "Təhsil müəssisələrində reproduktiv
sağlamlığın tədrisi" mövzusunda təşkil olunmuş təlim
kursu üç gün davam edib. Təlimi uğurla başa vurmuş
müəllimlərə "Təlimçilər üçün təlimçi" sertifikatı təqdim
olunub.
Sertifikatların təqdimat mərasimində Təhsil
Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili
şöbəsinin müdir əvəzi Vasif Məmmədov, Pilot layihələrlə
iş üzrə sektorun müdiri Rüfət Əliyev, Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin
şöbə müdiri Nabil Seyidov və digər qonaqlar layihənin
uğurları və inkişaf perspektivləri barədə iştirakçılara
geniş məlumat veriblər.
Təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli
vərdişlərdən qorunması, yeniyetmələr arasında sağlam
həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan
maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur
Əlizadə, Vəfa Yaqublu, həmçinin Səhiyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul
əməkdaşları Nabil Seyidov, Teymur Hüseynov, Afət
Məmmədova və Azərbaycan Dövlət İdarəçilik Akademiyasının
dosenti Gülarə Hüseynova tərəfindən aparılıb.
www.edu.gov.az |