Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Pyer və Mari Küri Universitetində görüş

 

Böyütmək üçün seçin"Azərbaycan günü" tədbirləri çərçivəsində Parisdə səfərdə olan Təhsil Nazirliyi və Azərbaycan ali təhsil müəssisələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti fevralın 26-da Pyer və Mari Küri Universitetində görüş keçirib.

Universitetin prezidenti Jan Şambaz Azərbaycan nümayəndə heyətinə məlumat verərək bildirib ki, ali məktəbdə müxtəlif ixtisaslar üzrə 34 min tələbə təhsil alır. Ali məktəbin ümumi fəaliyyətindən söz açan J.Şambaz universitetdə 100-ə qədər istiqamət üzrə elmi tədqiqatların aparıldığını qeyd edib.

Universitetin nəzdindəki İntellektual Sistemlər və Robot Texnikası İnstitutunun direktoru Raja Şatila rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, aparılan elmi araşdırmalar, robot texnikası barədə təqdimatla çıxış edib. R.Şatila universitet tərəfindən yaradılan robot texnikası nümunələrinə sənaye, tibb və farmokologiya kimi sahələrdə böyük tələbatın olduğunu, yalnız Fransanın deyil, Avropa miqyasında müxtəlif şirkətlərin universitetlə əməkdaşlıq etdiyini və elmi-tədqiqat layihələrini maliyyələşdirdiyini bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ali təhsil müəssisəsinin elmi-tədqiqat və robot hazırlığı laboratoriyaları ilə yaxından tanış olub, təhsil müəssisəsinin müvafiq sahədəki iş təcrübəsi haqqında məlumat əldə ediblər.Böyütmək üçün seçin

Sonda Azərbaycan nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov