"ADA"
Universitetinin Təhsilin
idarə
edilməsi
fakültəsi
və
Miçiqan
Universitetinin Təhsil
Kolleci arasında
əməkdaşlıq
barəsində
Anlaşma
Memorandumu imzalanıb.
Memorandum
"ADA"
Universitetində
yeni
yaradılmış
fakültə
üçün
müasir
tələblərə
cavab
verən
tədris
proqramlarının
hazırlanmasını,
yüksək
ixtisaslı
professor-müəllim
kadrların
yetişdirilməsini,
tələbə
və
müəllim
mübadiləsini,
birgə
konfrans-seminarların
təşkilini
nəzərdə
tutur.
İmzalanma
mərasimində
iştirak
edən
təhsil
naziri
Mikayıl
Cabbarov
"ADA"
Universitetində
yaradılmış
fakültənin
təhsilin
idarə
edilməsi
sahəsində
ixtisaslı
kadrların
hazırlanması,
ölkəmizdə
"Təhsilin
inkişafı
üzrə
Dövlət
Strategiyası"nın
məqsədlərinə
nail
olunması
işinə
təkan
verəcəyinə
inandığını
bildirib.
Mərasimdə
vurğulanıb
ki,
Təhsil
Nazirliyi
tərəfindən
dəstəklənən
bu əməkdaşlıq
ölkəmizdə
təhsil
sahəsində
aparılan
islahatlara öz
müsbət
təsirini
göstərəcək.
Qeyd
edək
ki,
fevralın
17-19-da
Miçiqan
Universitetinin
Təhsil
Kollecinin
dekanı
Donald
Heller
və
Beynəlxalq
Proqramlar
direktoru
Todd
Drummondun
iştirakı
ilə "ADA"
Universitetinin
rəhbərliyi,
müəllim
və
professorları
arasında
görüş
keçirilib,
ikitərəfli
əməkdaşlıq
və
gələcək
addımlar
müzakirə
olunub.
Görüşdə
"ADA"
Universitetinin
rektoru
Hafiz
Paşayev
təhsil
və
tədqiqat
sahələrində
beynəlxalq
əməkdaşlığın
genişləndirilməsinin
vacibliyini
vurğulayaraq
qeyd
edib
ki,
bu
əməkdaşlıq
ikili
dərəcə
proqramlarının
və
birgə
elmi
araşdırmaların
həyata
keçirilməsinə
yönəlməlidir.
Səfər
çərçivəsində
Bakı
məktəblərinin
müəllim
və
direktorları
dekan
Donald
Hellerin
"Müasir
təhsilin
meyilləri"
mövzusunda
mühazirəsini
dinləyib.
Qonaqlar "ADA"
Universitetindəki
həmkarları
ilə
birgə
132-134
nömrəli
Təhsil
Kompleksini
ziyarət
edib,
müəllim
heyəti
ilə
görüşlər
keçirib.
|