Hövsan Olimpiya İdman Kompleksində "Təhsil" Respublika
İdman Mərkəzinin (RİM) ağır atletika üzrə Respublika
birinciliyi keçirilib.
Birinciliyin məqsədi fevral ayında keçiriləcək
respublika yarışında iştirak edəcək "Təhsil" RİM-in
yığma komandasının tərkibini müəyyənləşdirmək, Təhsil
Nazirliyinin tabeliyində fəaliyyət göstərən ağır
atletika bölmələri ilə yaxından tanış olmaqdan
ibarətdir.
13-15 və 16-17 yaşlı yeniyetmələr arasında keçirilən
yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət
göstərən idman məktəblərinin ağır atletika bölmələrindən
ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən yarışda 13-15 yaşlı
yeniyetmələr arasında I yeri 1 nömrəli Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbinin (RİOEUGİM), II yeri 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Atletika Məktəbinin (İOEUGAM), III yeri "Təhsil" RİM-in
Lənkəran filialının komandaları tutub. 16-17 yaşlılar
arasında isə I yeri 5 nömrəli İOEUGAM-ın, II yeri
Goranboy Uşaq-Gənclər İdman Məktəbinin, III yeri
"Təhsil" RİM-in Gəncə filialının yetirmələri qazanıblar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |