Bu
günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat-Dama İdman Məktəbində start götürən ümidlər,
kiçik kadetlər, kadetlər və gənclər arasında 64 xanalı
dama üzrə Bakı şəhər birinciliyi başa çatıb.
Yarışlar beynəlxalq dərəcəli hakim Boris Muşailovun
rəhbərlik etdiyi hakimlər kollegiyası tərəfindən idarə
olunub. Qızlar və oğlanlar arasında keçirilən yarışda 1
nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbi, 2 nömrəli
Uşaq-Gənclər Şahmat İdman Məktəbi, Həmkarlar İttifaqı
Respublika Şahmat-Dama Klubu, lNeftçi» İdman Klubu
İctimai Birliyini və T.İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayını təmsil edən 70 nəfər şahmatçı
iştirak edib.
Keçirilən yarışlarda qızlar - ümidlər arasında Səkinə
İbişova I, Fatimə Sadıqova II, Əli Banu III yeri
tutublar. Kiçik kadetlər arasında Validə Məmmədova I,
Yalta Muşailova II, Nigar Xəlilova III yerə sahib
çıxıblar. Kadetlər arasında I yeri Nəzifə Kazımova,
Bənövşə Pirquliyeva II, Məsumə Paşazadə III, gənclər
arasında isə Nərmin Səyadzadə I, Firduz Kərimzadə
II, Fatimə Əfəndi III yeri tutublar.
Oğlanlardan ümidlər arasında I yeri Ağarza Əliyev, II
yeri Nihat Həsənov, III yeri Vaqif İsmayılov, kiçik
kadetlər arasında I yeri İsa Musayev, Əli Vəzirov II,
Emil Şahməmmədov III, kadetlər arasında I yeri Rəvan
Novruzov, II yeri Emin Hüseynov, III yeri Paşa
Eyvazzadə, gənclər arasında I yeri Ayaz Səmədli, II
yeri Zeynal Rəşidli və III yeri Fərid Həsənov
tutublar.
Yarışın bağlanışında Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsinin baş məsləhətçisi, paytaxtın dama idman növü
üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların
baş hakimi, beynəlxalq dərəcəli hakim Boris Muşailov
qalibləri təbrik edib, onlara gələcək yarışlarda
müvəffəqiyyətlər arzulayıblar.
Sonda qızlar və oğlanlar - ümidlər, kiçik kadetlər,
kadetlər və gənclər arasında I, II və III yerləri tutmuş
idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli
diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar. |