Fevralın 18-də AMEA Memarlıq və İncəsənət İnstitutunun
"Teatr, kino və televiziya" şöbəsi tərəfindən "Müasir
Azərbaycan teatrı və media: problemlər, perspektivlər"
mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə
açan "Teatr, kino və televiziya" şöbəsinin rəhbəri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi
Qafarov teatr və media arasındakı münasibətlərdən söz
açıb, teatrla KİV arasında səmərəli ünsiyyət və
əməkdaşlıq əlaqələrinin yaradılmasını seminarın başlıca
məqsədi kimi təqdim edib.
Müzakirələrdə AMEA Memarlıq və İncəsənət İnstitutunun
əməkdaşları, teatrşünaslar, teatr xadimləri, eləcə də
ölkənin aparıcı mətbuat orqanlarının tanınmış mədəniyyət
yazarları iştirak edib. Seminarda "Teatr, kino və
televiziya" şöbəsinin kiçik elmi işçisi, teatrşünas
Könül Əliyeva teatr və media münasibətlərinin müxtəlif
aspektlərini əks etdirən ətraflı məruzə ilə çıxış edib.
Müzakirələrdə çıxış edənlər mövzu ilə bağlı fikirlər
səsləndirib, seminarı teatr və kütləvi informasiya
vasitələri arasında labüd dialoqun yaradılması
istiqamətində atılan addım kimi dəyərləndiriblər.
"Teatr, kino və televiziya" şöbəsi |