Bakıdakı 56 nömrəli tam orta məktəbdə 21 fevral
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi, məktəb
direktorları, müəllimlər və digər qonaqların iştirak
etdikləri tədbiri giriş sözü ilə məktəbin direktoru
Hicran Qarabəyli açaraq Beynəlxalq Ana Dili Gününün
əhəmiyyətindən, ana dilimizin inkişafinda ümummilli
lider Heydər Əliyevin xidmətlərindən danışıb. Mövzu ilə
bağlı videoçarx nümayiş olunub. Məktəblilər şeir
söyləyib, ədəbi-bədii kompozisiya göstəriblər.
Sonra çıxış edənlər tədbirin təşkilindən razı
qaldıqlarını bildiriblər.
Tədbir diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |