Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Pedaqoji təcrübənin başlanğıc konfransı

 

Böyütmək üçün seçinFevralın 16-da "Naxçıvan" Universitetində pedaqoji və xarici dillər fakültələrinin əyani şöbə üzrə III kurs tələbələrinin 2014-2015-ci tədris ilinin ikinci semestrinə aid  pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə açan universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli pedaqoji təcrübənin tələbələrin həyatlarında önəmli olduğunu söylədi və onların təhkim olunduqları təhsil ocaqlarında universitetin adına layiq şəkildə nizam-intizam qaydalarına riayət etmələrini, pedaqoji təcrübədə əldə etdikləri bilik və bacarıqları yüksək səviyədə nümayiş etdirmələrini tövsiyə edib. Prorektor onu da vurğuladı ki, 2014-2015-ci tədris ilində "Naxçıvan" Universitetinin 102 tələbəsi muxtar respublikanın 3 tam orta məktəbində pedaqoji təcrübə keçəcək. Tələbələr Heydər Əliyev adına, 8 və 15 nömrəli tam orta məktəblərdə təcrübədə olacaqlar.

Pedaqogika və psixologiya kafedrasının müdiri Nəzakət Yusifova "Pedaqoji və psixoloji rəhbərlərin vəzifələri", pedaqoji fakültənin dekan müavini Nazim Mahmudov "Pedaqoji təcrübənin təşkili, gedişi və yekunlaşdırılması haqda" mövzularında çıxış ediblər. Çıxışlarda  pedaqoji təcrübənin səmərəli aparılması, yaxşı nəticələrin əldə olunmasının bu işə cəlb olunanların ciddi və məsuliyyətli münasibətindən asılı olduğu diqqətə çatdırıldı, təcrübəçi tələbələrin təhkim olunduqları məktəbdə keçirilən tədbirlərdə iştirakı, eyni zamanda onların da tədbirlərin təşkili ilə bağlı təşəbbüslərin zəruriliyindən danışılıb.

Böyütmək üçün seçinKonfrans iştirakçılarına pedaqoji təcrübənin sonunda təhvil veriləcək sənədlər, qiymətləndirmə meyarı, "açıq dərs"lərin təşkili barədə məlumat verilib.

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov