Sumqayıt Şəhər Təhsil Şöbəsində dərs ilinin birinci
yarısının yekunlarına həsr olunmuş iclas keçirilib.
İclasda digər məsələlərlə yanaşı noyabr ayında ibtidai
siniflərdə "Həyat bilgisi", V-XI siniflərdə "Kimya" və
"Biologiya"dan, dekabr ayında isə I-IV siniflərdə
"Təsviri incəsənət", VI-XI siniflərdə "Fizika"dan
keçirilmiş fənn aylığının nəticələri müzakirə olunub.
Bu barədə şöbənin metodiki kabinetinin direktoru Sabir
Məmmədov ətraflı məlumat verərək demişdir ki, təhsil
işçilərinin sentyabr konfransının "Tövsiyələri"nə əsasən
cari dərs ilində də fənn aylıqlarının davam etdirilməsi
məqsədəuyğun hesab olunub.
Məktəblərdən daxil olmuş hesabatlardan məlum olur ki, ay
çərçivəsində 283 kimya-biologiya müəllimlərindən 241
nəfərinin (85,5%), 757 ibtidai sinif müəllimindən 533
nəfərinin (70,4%) "açıq dərs"i dinlənilib, 57 fənn
gecəsi keçirilib, 167 fənn bülleteni buraxılıb, 60 fənn
dərnəyi təşkil olunub, 3 nominasiya üzrə 105 sənəd
ŞTŞ-nin Təşkilat komitəsinə təqdim edilib.
Tədbirdə şöbənin məsləhətçisi Nərmin Bayramova, ŞTŞ-nin
GÇH fənni üzrə metodisti İlham Mirzəliyev, aparıcı
məsləhətçi Ramin Abbasov görülmüş işlər barədə məlumat
veriblər.
İclasın sonunda hər bir müzakirə olunan məsələ ilə
bağlı qərar qəbul olunub, məktəb rəhbərlərinə konkret
tapşırıqlar verilib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |