Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

"Təhsilin ictimailəşdirilməsi" mövzusunda seminar

 

Böyütmək üçün seçinTəhsil  müəssisələrinin müstəqilliyinin artırılması, tələbə, müəllim,valideyn və digər maraqlı tərəflərin təhsil prosesinə cəlbi təhsilin keyfiyyətinin yüksəldilməsinin  ən səmərəli istiqamətlərindəndir. Bu sahənin prioritetliyi Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) rəhbər pedaqoji kadrlarla - R(Ş)TŞ-nin metodistləri və respublikanın müxtəlif bölgələrini əhatə edən məktəb direktorlarının iştirakı ilə keçirilən növbəti seminarda müzakirə olunub.

Seminarı AMİ-nin əlavə təhsil üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Rahim Əzizov açaraq mövzunun müasirliyindən, təhsildə həyata keçirilən innovasiyaların əhəmiyyətindən danışıb.

AMİ-nin təhsildə innovasiyalar və araşdırmalar mərkəzinin müdiri Dilguşə Süleymanova "Təhsildə idarəetmənin ictimailəşməsi təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişinin təminatı kimi" mövzusunda təqdimatla  çıxış edib. Müzakirə edilən məsələ ilə əlaqədar Siyəzən RTŞ-nin metodisti Gündüz Əhmədli, Qusar RTŞ-nin metodisti Nazirə Ağalarova, Ağcabədi rayonu 7 nömrəli tam orta məktəbin direktoru Polad Musayev, Şirvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva, Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin direktoru Nüşabə Seyfullayeva, Şəmkir rayonu Yuxarı Seyfəli kənd məktəbinin direktoru Nuşiravan Moyləyev çıxış ediblər. Çıxışlarda maraqlı fikirlər söylənilib, praktik nümunələr gətirilib. Əlavə təhsil üzrə dekan müavini X.Nağızadə seminar iştirakçıları ilə dialoq quraraq VMA-ların təhsilə xidmətini xüsusilə vurğulayıb, valideynlərlə məsuliyyəti bölüşməyin keyfiyyətə təsir edəcəyinə tam əminliyini bildirib. 

Nazir MƏMMƏDOV,
AMİ-nin əlavə təhsil fakültəsinin baş metodisti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov