Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Heydər Əliyev Mərkəzi ilə onlayn müzakirə

 

Böyütmək üçün seçinBakı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədilə elmi-praktik seminar keçirilib. Seminarda "Heydər Əliyev və Azərbaycan elmi" mövzusu müzakirə olunub. Onlayn bağlantı vasitəsilə Naxçıvan Dövlət Universitetinin qatıldığı seminarda rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, universitetin professor-müəllim heyəti və tələbələri, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin əməkdaşları müzakirələrdə iştirak ediblər.  Qeyd edək ki, üçtərəfli videobağlantıya Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi  də qoşulub.

İlk öncə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət Mehdiyeva çıxış edərək bildirib ki, "Heydər Əliyev irsi" mövzusunda elmi-praktik seminarlar adlı layihə Mərkəz tərəfindən həyata keçirilən maraqlı layihələrdəndir və  bu cür seminarlar mütəmadi olaraq keçirilir. Heydər Əliyevin elmə, savada, biliyə böyük həssaslıqla yanaşdığını xüsusi vurğulayan M.Mehdiyeva bu baxımdan seminarın "Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda keçirilməsini də əhəmiyyətli sayıb.

Seminarda məruzəsi dinlənilən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib ki, bütün ömrü boyu Azərbaycan xalqının inkişafı, xoşbəxtliyi üçün çalışan Heydər Əliyev Azərbaycanın bu gününü - müasir Azərbaycanı yaradıb.

AMEA-nın prezidenti bildirib ki, Azərbaycan tarixində tarix yaradan şəxsiyyətlər az olmayıb. XX əsrin belə görkəmli tarixi şəxsiyyətlərindən biri də ümummilli lider Heydər Əliyevdir. Qeyd olunub ki, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə dahi rəhbərin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib.

Ulu öndər Heydər Əliyevin milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasındakı rolu barədə də danışan akademik Akif Əlizadə Heydər Əliyevin hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoyduğunu seminar iştirakçılarının nəzərinə çatdırıb.

Videobağlantı zamanı Naxçıvan MR-in elm adamları Heydər Əliyev Mərkəzində təşkil olunan mövzunun müzakirəsində iştirak ediblər və onları maraqlandıran suallar cavablandırılıb. 

Mina QASIMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov