Fevralın
14-15-də Rusiya Federasiyasının Ali İqtisad Məktəbi Elmi
Tədqiqat Universiteti (AİM) Azərbaycan Dövlət İqtisad
Universitetində (ADİU) olimpiada keçirib.
Olimpiadanın açılışında ADİU-nun rektoru, professor
Ədalət Muradov və Təhsil Nazirliyinin sektor müdiri
Sülhəddin Gözəlov iştirak ediblər.
3510 nəfərin iştirak etdiyi olimpiadaya Azərbaycandan 50
tələbə qatılıb. Onlardan 45 nəfəri ADİU-nun
tələbəsidir.
Olimpiadanın təşkil edilməsi üçün Bakıya gələn AİM-in
professoru M.Plotnikov ADİU müəllimləri və tələbələri
üçün menecment üzrə master-klass da keçirib.
Qeyd edək ki, olimpiada AİM-in magistraturasında təhsil
almaq istəyən xarici ölkə (əsasən MDB və Baltikyanı
ölkələr) vətəndaşları olan tələbələr və məzunlar
arasında, eyni vaxtda 12 ölkənin 36 şəhərində keçirilir.
Qaliblər və mükafatçılar AİM-in magistraturasına
imtahansız qəbul olunaraq ödənişsiz və təqaüd almaqla
təhsil almaq hüququ qazanacaqlar.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |