Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Türkmənistanın universitet rektoru ilə görüş

 

Fevralın 17-də Azərbaycan Respublikasının təhsil  naziri Mikayıl Cabbarov "ADA" Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Türkmənistanın Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetinin rektoru Esen Aydoqdıyevi qəbul edib.

Görüş zamanı Azərbaycanda və Türkmənistanda aparılan təhsil islahatları, bu sahədə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanda ali təhsil alan Türkmənistandan olan tələbələrin sayının artırılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bildirilib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 238 türkmənistanlı tələbə təhsil almaqdadır. Onların ən çox maraq göstərdikləri ixtisas istiqamətləri sırasında neft-qaz mühəndisliyi və inşaat mühəndisliyi əsas yerləri tutur.

Təhsil naziri Mikayıl Cabbarov tərəfindən Türkmənistanın Bolonya prosesinə inteqrasiyası çərçivəsində Azərbaycanın təcrübəsindən yararlanması təklif olunub və Təhsil Nazirliyinin bu istiqamətdə müvafiq dəstək verməyə hazır olduğu nəzərə çatdırılıb.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov