Ümumtəhsil məktəblərində təlim - tərbiyə işləri üzrə
direktor müavini, tərbiyə işləri üzrə direktor müavini
(təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq
üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən
keçirilmiş müsabiqənin ikinci mərhələsi-müsahibə
başlanmışdır.
Komissiya tərəfindən aparılan müsahibədə imtahan
nəticəsi 60 % - dən yuxarı olan (18-30 sual arası)
namizədlər iştirak edir.
Belə ki, yanvarın 24-ü laborantlığa namizədlər üçün
keçirilən imtahanda 245 nəfər, yanvarın 25-i
təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə
149 nəfər, tərbiyə işləri üzrə direktor müavini
(təşkilatçı) vəzifəsi üzrə namizədlər üçün imtahanda isə
45 nəfər iştirak etmişdir.
Qeyd edək ki, müsahibədə müvəffəqiyyət qazanmış
namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant
yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin
kadrlar bazasında toplanılacaqdır. Yeni vakansiyalar
yarandığı halda bu namizədlərin müsabiqədəki
göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə
tutulur. |