Müstəqil Azərbaycan dövlətinin qurucusu və dahi
siyasətçi, Azərbaycan xalqının ümummilli lideri, ulu
öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün
ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd
olunmasını təmin etmək məqsədilə "Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin
13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 92-ci ildönümünün təhsil
müəssisələrində qeyd olunması ilə əlaqədar Təhsil
Nazirliyinin Fəaliyyət planı təsdiq edilsin (əlavə
olunur).
2. Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsili
idarəetmə orqanları, ümumi təhsil, ilk peşə,
orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri
Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında
və yüksək səviyyədə yerinə yetirilməsini təmin etsinlər.
3. Fəaliyyət planında nəzərdə tutulan inşa yazı və rəsm
müsabiqələrinin, idman yarışlarının keçirilməsi və
qaliblərin mükafatlandırılması ilə bağlı tədbirlərin
Naxçıvan MR üzrə təşkili muxtar respublikanın Təhsil
Nazirliyinə (P.Nağıyev) həvalə olunsun.
4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə
birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, çoxaldılıb yerlərə çatdırılmasını və
Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
20 fevral 2015-ci il
Əlavə:
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Təhsil
Nazirliyinin Fəaliyyət Planı |