Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında
Səbail rayonu 91 nömrəli tam orta məktəbin şagirdləri
arasında Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə
həsr olunmuş mini-futbol üzrə turnirin mükafatlandırma
mərasimi keçirilib.
Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, idarənin məsul
işçiləri və komandalar iştirak ediblər. Şəhidlərimizn
xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra
Mübariz İbrahimova həsr olunmuş film nümayiş olunub.
Yarışın baş hakimi, 91 nömrəli orta məktəbin fiziki
tərbiyə müəllimi Zəfər Məmmədzadə Milli Qəhrəman Mübariz
İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə
turnirin keçirilməsi haqqında geniş məlumat verib.
Sonra Baş İdarənin rəisi Raqif Abbasov futbolun
inkişafında uşaqlar arasında keçirilən mini-futbol
turnirinin böyük rol oynadığını bildirərək, ölkə
Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasında 2005-2015-ci illərdə
futbolun inkişafına dair Dövlət Proqramı"nın
əhəmiyyətindən danışıb.
Sonda Raqif Abbasov gənc futbolçulara təhsildə və
idmanda uğurlar arzulayaraq onlara Mübarizdən, onun
qəhrəmanlığından, Vətənə məhəbbətindən nümunə
götürmələrini tövsiyə edib.
Tədbirin sonunda qalib olmuş komandalar Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, diplomlar
və hədiyyələrlə təltif olunub.
Onu da qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun
xatirəsinə həsr olunmuş turnir 31 yanvar -8 fevral
tarixində keçirilib. Turnirdə 8 komanda iştirak edib,
hər komandanın tərkibi 10 nəfərdən ibarət olub. |