Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Tələbələrin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir

 

Gəncə Dövlət Universitetində ulu öndər Heydər Əliyevin fəaliyyətinin, müstəqilliyimizin qorunması, iqtisadiyyatın inkişaf etdirilməsi və gücləndirilməsi sahəsində  gördüyü irimiqyaslı işlərin öyrənilməsi həmişə diqqət mərkəzindədir. Bu məqsədlə ulu öndərin xatirəsinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" oyunu üzrə bilik yarışları, ümummilli liderin anım gününə həsr edilmiş konfranslar, inşa müsabiqələri keçirilir, tələbələr bu layihələrdə həvəslə iştirak edirlər.

Universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən "Milli qəhrəmanları tanıyaq və tanıdaq" layihəsi də tələbə gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Bu baxımdan Qarabağ döyüşlərində qəhrəmanlıqlar göstərmiş İbad Hüseynovla keçirilən görüş xüsusilə maraqlı olmuş və tələbələrin yaddaşında dərin iz buraxmışdır.

"Vətəni tanı" layihəsi əsasında intellektual interaktiv oyunların keçirilməsi, ayrı-ayrı fakültə tələbələrinin kollektiv şəkildə Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə, "Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi" abidə kompleksinə davamlı ekskursiyaları nəticəsində arxeoloji-etnoqrafik materiallarla, maddi mədəniyyət nümunələri ilə tanışlıq onların tariximizlə daha da məlumatlandırılmasında, aldıqları biliklərin zənginləşməsində xüsusi əhəmiyyət kəsb edir. Xalqımızın zəngin, qədim, qəhrəmanlıqlarla dolu tarixi bugünkü gəncliyin qürur mənbəyidir. Onların vətənə məhəbbət, Vətənin daha da qüdrətli olmasına maraq və sevgi hisslərini tərbiyələndirir.

Universitetin gənclər təşkilatı bu istiqamətdə fəaliyyətini daha da genişləndirir, yeni-yeni layihələr üzərində işlənilir. İkinci semestrdən qəbul edilmiş yeni layihələrin reallaşmasına başlanılıb.  

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov