Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Vətən mənə oğul desə...

 

Böyütmək üçün seçinBu günlərdə Bakıdakı 108 nömrəli tam orta məktəbdə gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasına həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi. Sonra məktəbin direktoru Narınc Mehdiyeva tədbiri açaraq dövlətimizin gənclərə göstərdiyi qayğıdan bəhs etdi. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Cəfərov ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış ağır vəziyyətdən, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən igid əsgərlərimizdən, torpaqlarımızın müdafiəsi uğrunda çiyin-çiyinə döyüşdüyü cəbhə yoldaşlarının şücaətlərindən danışdı. Qeyd olundu ki, Maştağa qəsəbəsindən Qarabağ müharibəsində 100-dən artıq gənc iştirak etmiş, onlardan 35 nəfəri şəhidlik zirvəsinə yüksəlmiş, 28 nəfər isə əlil olmuşdur.

Sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə İbrahimxəlilovanın hazırladığı bədii hissə başladı. Məktəbin  şagirdləri müxtəlif səhnəciklər göstərdilər, şeirlər söylədilər, rəqs nömrələri nümayiş etdirdilər. Müxtəlif beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə qaldıran Azərbaycan idmançılarının erməni rəqibləri üzərindəki qələbəsini əks etdirən səhnəciklər təqdim olundu. İbtidai sinif müəllimi Xırdaxanım Kazımovanın IV "a" sinif şagirdlərinin ifasında  "Qəlbin yağışı" mahnısının sədaları altında bal rəqsi tədbirə xüsusi rövnəq  verdi.

Yuxarı sinif şagirdlərinin böyük ingilis ədibi Vilyam Şekspirin "Hamlet" əsərindən hazırladıqları səhnəcik bugünkü gəncliyin öz sözünü hər bir dildə ifadə etmək bacarığını bir daha sübut etdi. Ukraynada keçirilən məktəblilərin ingilis dili sammitinin iştirakçısı olmuş 10-cu sinif şagirdi Jalə Əliyevanın ifasında monoloq alqışlarla qarşılandı.

Tədbirin sonunda söz Azərbaycanın tanınmış hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıya verildi. O, gənclərə torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə həmişə ön sıralarda olmağı,  onlara həyatın kəşməkəşli yollarında, ilk növbədə, təhsildə uğurlar arzuladı. Çıxışının sonunda Ş.Əlizamanlının ifa etdiyi mahnılar iştirakçılarda xoş  əhvali-ruhiyyə yaratdı. 

Samirə DADAŞOVA,
Bakıdakı 108 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov