Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Mərkəzdə "dəyirmi masa"

 

Böyütmək üçün seçinBakı şəhərindəki 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində "Qlobal problemlər  və iqlim dəyişiklikləri" mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da 100-dən çox uşaq iştirak edib.

Tədbirin keçirilməsində məqsəd uşaqları qlobal problemlərlə tanış etmək, bu problemlərin həllində onların rolunun nədən ibarət olduğunu anlatmaq olub. "Dəyirmi masa"da Hidrometeorologiya Elmi-Tədqiqat  İnstitutunun rektoru, professor Rza Mahmudov, "Yaşıl paket"in Azərbaycan proyektinin əlaqələndiricisi, "Davamlı İnkişaf Cəmiyyəti" İctimai Birliyinin sədri Fikrət Cəfərov, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor əvəzi Lalə Dadaşova, şair-publisist Şəhla Gündüz  və 44 nömrəli Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru İradə İsmayılova iştirak ediblər.

Tədbirdə uşaqlarla iqlim dəyişməsi, ozon qatının dağılması, turşulaşma, dəniz və okeanlar haqqında sual-cavab aparılıb. Eyni zamanda, mərkəzin şagirdləri tərəfindən təbiət mövzusunda səhnəciklər göstərilib, şeir parçaları səsləndirilib, ekologiya ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib.

Tədbirdə iştirak edən qonaqlar mövzu haqqında ətraflı məlumatlar veriblər. "Dəyirmi masa"da ictimai quruluşundan asılı olmayaraq, bütün ölkələrin ekoloji böhranla qarşılaşdığı vurğulanıb, bəşəriyyətin insanlıq vəzifəsi olaraq ətraf mühiti mühafizə etməli olduğu qeyd edilib. Sonda tədbirdə çıxışları ilə fərqlənən uşaqlara diplomlar  təqdim edilib. 

Rəşad RAMAZANOĞLU, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov