Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

İstedadlı şagirdlərə xüsusi diplomlar verilib

 

Bakıdakı 5 nömrəli tam orta məktəbdə   "Gənclər siyasəti-dövlət siyasətinin mühüm tərkib hissəsidir" adlı tədbir keçirilib. Tədbirdə Bakı şəhəri Nəsimi rayon 19-cu Polis Bölməsinin yeniyetmələrlə iş  üzrə inspektoru Vaqif  Rzaquliyev  və məktəbin  "Şagirddən tələbəyə doğru" layihəsi çərçivəsində  Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət, həmçinin Azərbaycan Dillər universitetlərinin bir qrup tələbələri qonaq qismində iştirak ediblər.

Tədbir  yuxarı sinif şagirdlərinin  təqdimatında "Qadın zorakılığı"  tamaşası ilə başlanıb.   Zalda əyləşən iştirakçıların qadın zorakılığına qarşı diqqətini cəlb etmək üçün şagirdlər özləri  xüsusi qrimlənmiş halda  "İnsan zorakılığına yox deyirik!" başlığı altında şüarlar səsləndiriblər. Tədbirin ikinci hissəsində məktəbin musiqi, idman və elm sahəsində ölkə və  Avropa miqyasında tanınan istedadlı şagirdləri çıxış ediblər. Tədbirin sonunda məktəb özünüidarəetmə  orqanı  - şagird parlamentinin sədri, IX sinif şagirdi Aysel  Musəvi şagirdlər adından dövlətimizə, Prezidentimizə gənclər üçün yaradılan bütün imkanlara görə təşəkkürünü bildirib.

Məktəb rəhbərliyi tərəfindən təhsildə və məktəbin ictimai həyatında fərqlənən istedadlı şagirdlərə xüsusi diplomlar təqdim edilib. 

R.ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov