Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

"Fövqəladə hallarda özünü necə aparmalı?" mövzusunda maarifləndirici  tədbir

 

Böyütmək üçün seçinBakıdakı 246 nömrəli tam orta məktəbdə "Fövqəladə hallarda özünü necə aparmalı?" adlı maarifləndirici  tədbir keçirilib.  Fövqəladə Hallar Nazirliyinin Bakı  Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, valideynlər  də iştirak ediblər.

Məktəbin direktoru   Almaz Bayramova çıxış edərək belə bir tədbirin  keçirilməsinə  dəstək verdiklərinə  görə   Bakı Regional Mərkəzinin   bütün əməkdaşlarına   pedaqoji kollektiv adından  minnətdarlığını  bildirib.

Tədbirdə Bakı Regional Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri, fövqəladə hallar, onun növləri, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə anlayışları ilə bağlı ətraflı məlumat verilib. 

Mərkəzin əməkdaşlarının çıxışları  şagirdlər  tərəfindən maraqla   qarşılanıb.  Fövqəladə Hallar Nazirliyinin hazırladığı "Təbii fövqəladə hallar zamanı nə etməli?" adlı videoçarx  göstərilib.

Sonra fövqəladə hallarla əlaqədar məktəblilər şeir söyləyib, ədəbi-bədii kompozisiya  nümayiş etdiriblər.  Tədbirin ikinci-praktiki hissəsi  isə regional mərkəzin əməkdaşları tərəfindən açıq havada  nümayiş etdirilib.   

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov