Xatirə
Hacıyeva
2005-ci ildə Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli
onbirillik musiqi məktəbinin xanəndəlik və fortepiano
ixtisası üzrə I sinfinə qəbul olub. İlk uğuruna 2007-ci
ildə imza atıb. O, dəfələrlə Əlillərin bədii
yaradıcılıq və baxış müsabiqəsində uğurla iştirak
edərək diplomla təltif olunub. 2012-ci ildə Gözdən
əlil uşaqlar üçün türkdilli ölkələrin uşaqları arasında
keçirilmiş Beynəlxalq müsabiqədə ölkəmizi layiqincə
təmsil edərək I yerə layiq görülüb. 2013-cü ildə isə
UNİCEF-in təşkil etdiyi konsertlərdə, Tələbə-Gənclər
Təşkilatının təşkilatçılığı ilə Odlar Yurdu
universitetində keçirilən tədbirdə iştirak edərək
sertifikat alıb. X.Hacıyeva İstedadlar mərkəzinin
üzvüdür. Moskvada keçirilən "Belaya Trost" beynəlxalq
festivalında Xatirənin çıxışı hamını heyrətə gətirib və
o qalib olub. Ötən il Heydər Əliyev Sarayında
keçirilən Əlillər gününə həsr olunan qala konsertində
ifası alqışlarla qarşılanıb.
Bakıdakı 3 nömrəli onbirillik musiqi məktəbində
təşkil olunmuş xor musiqisi bayramında Xatirə
Hacıyevanın ifa etdiyi "Mənim Azərbaycanım", "Ana",
"Aylı gecə" mahnıları tamaşaçıların böyük marağına səbəb
olub və hər kəsə xoş anlar yaşadıb.
Qeyd edək ki, 38 nömrəli Gözdən əlillər üçün musiqi
məktəbi ilə birgə keçirilən tədbirlər təkcə musiqi
məktəbləri arasında təcrübə mübadiləsi baxımından deyil,
həm də fiziki cəhətdən qüsurlu gənclərin istedadının
üzə çıxarılması, onların cəmiyyətə, fəal həyata
inteqrasiyası baxımından da böyük əhəmiyyətə malikdir. |