Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin III sinif şagirdi,
8 yaşlı pianoçu Röya Hüseynova Rusiyada
keçirilən musiqi alətləri üzrə beynəlxalq festivalın
qalibi olub. O, "Fortepiano" dərəcəsi üzrə 180
iştirakçı arasında M.Klementinin 4-cü Sonatası (1-ci
hissə) və S.Prokofyevanın "Tale" əsərinin ifasına görə
3-cü yerə layiq görülüb.
Müsabiqə-festival 2007-ci ildə "Ümumrusiya Musiqi
Cəmiyyəti" və "Rusiya Bəstəkarlar İttifaqı" tərəfindən
təşkil olunub və hər il keçirilir. Müsabiqənin əsas
məqsədi uşaqların və gənclərin musiqi ifasına cəlb
olunması, yeni istedadların aşkarlanması, onların
ustalıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, bu Röya Hüseynovanın musiqi sahəsində ilk
uğuru deyil. Ötən il də o, V Beynəlxalq İnternet Musiqi
Müsabiqəsində ("İnternet Music Competition 2014") fəxri
diploma layiq görülüb. Həmin ilin aprelində isə
Bolqarıstanda keçirilən VIVAPIANO pianoçular
müsabiqəsində iştirak edərək iki medala layiq görülüb və
laureat diplomu ilə təltif edilib.
Sənət yolunda ilk addımlarını atan yeniyetmə qızın
gələcəkdə daha böyük uğurlar qazanacağına ümid
bəsləyirik. |