Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Nurlan III Beynəlxalq xeyriyyə festivalının xüsusi diplomuna layiq görülüb

 

Nurlan  Əhmədov  Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin şagirdidir.  2012-ci ildə  Moskva şəhərində  keçirilmiş  III Beynəlxalq xeyriyyə festivalında Nurlan Əhmədov Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə çıxış edib.  Zəif və ya tamamilə görməyən uşaqlara yardım fondunun təşkilatçılığı ilə keçirilən festivalın əsas şərtlərindən biri dünya şöhrətli estrada ifaçısı ilə gözdən əlil iştirakçının birgə duet oxuması olub. Azərbaycanı təmsil edən Nurlan Əhmədovun ən böyük arzusu reallaşıb. O, dünya şöhrətli həmvətənimiz Emin Ağalarov ilə birlikdə səhnəyə çıxaraq duet ifa edib. Çıxış bitdikdən sonra rus estradasının tanınmış nümayəndəsi, xeyriyyə fondunun rəhbəri Diana Qurtskaya və mərhum korifey sənətkar Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya səhnə arxasına keçərək Nurlanın ifasını bəyəndiklərini bildirib, ona uğurlar arzulayıblar. Həmyerlimiz Nurlan Əhmədov "Belaya trost" III Beynəlxalq xeyriyyə festivalının xüsusi diplomuna layiq görülüb.

Gənc yeniyetmə eyni zamanda  qarmon ifaçılığı sənətini də öyrənib.  Yeniyetmə musiqiçi festival  və müsabiqələrdə  iştirak edərək diplom və fəxri fərmanlara layiq görülüb. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov