Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik
Şurasına müraciət məqsədilə "Serj Sərkisyanın hərbi
cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasına
daha bir ali məktəb qoşulub. Bakı Dövlət Universitetinin
Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə,
BDU-nun Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatları
bu istiqamətdə aparılan təbliğat işində yaxından iştirak
edirlər. Onlar universitetin sosial şəbəkələrdəki
səhifələrində gəncləri məlumatlandırır və onları daha
aktiv olmağa səsləyirlər.
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin alovlanmasında, Dağlıq Qarabağın
Ermənistan silahlı qüvvələri tərəfindən işğalında və
Xocalı faciəsinin törədilməsində iştirak edən Serj
Sərkisyanın beynəlxalq cinayətkar kimi tanınması üçün
100 min səsin qısa müddətdə toplanması planlaşdırılır.
Mətbuat və informasiya şöbəsi |