Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Təhsil Problemləri İnstitutunda işçi qrupu ilə görüş keçirilib

 

Böyütmək üçün seçinFevralın 11-də Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda "Əlavə təhsilin kurikulumunun yaradılması" ilə bağlı təşkil olunan işçi qrupu ilə görüş keçirilib.

İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov  işçi qrupun üzvlərini salamlayaraq onlara tapşırılan işin  aktuallığından söhbət açıb. Direktor bildirib ki, Azərbaycan  Prezidenti İlham Əliyev  yanvarın 19-da "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət strategiyasında respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq, davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən,  insan kapitalının inkişafına önəm verən,  insan resurslarının yetişdirilməsini və idarə edilməsini reallaşdıran müasir təhsil sisteminin yaradılmasının ön plana çəkildiyini  söyləyən Q.Novruzov  sənəddə öz əksini tapmış digər önəmli istiqamətlər barədə də geniş məlumat verib. Qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi öz əksini  tapıb. Hazırda Təhsil Problemləri İnstitutu olaraq başlıca vəzifəmiz bütün fəaliyyətimizi nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarətdir. Direktor dövlətimizin təhsil siyasətinin həyata keçirilməsində, o cümlədən müəyyənləşdirilmiş strateji istiqamətlərin məqsədlərinə nail olunması prosesində pedaqoji kadrların mühüm rol oynadığını bildirib.

Sonra tədbirdə Əlavə təhsilin yeni yaradılacaq məzmunu və təşkili barədə  institutun əməkdaşı Afaq Əliyeva məruzə ilə çıxış edib.

Görüşdə Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, institutun  peşə-ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərov,  ali təhsil müəssisələrinin əməkdaşları, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tərbiyəçilər çıxış ediblər. 

Tədbirdə bir neçə istiqamət üzrə maraqlı, geniş  müzakirələr olub, təkliflər səsləndirilib.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov