"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Qafqaz
Universitetidir
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
Maddi-texniki baza
Qafqaz
Universiteti üç tədris binası və iki yataqxanadan
ibarətdir. Universitetdə proyeksiya cihazı ilə təchiz
olunmuş 50-sində ağıllı lövhə olmaqla 80 məşğələ və 3
mühazirə dərsləri üçün auditoriya, 350 ədəd kompüterlə
təchiz olunmuş laboratoriya və xüsusi təyinatlı
auditoriyalar fəaliyyət göstərir. Bu laboratoriyaların
kömpüterlərinin 280-i AIO (All In One), 70-i isə
monitor-kasa ilə təchiz olunub. Hər korpusda tələbələrin
internetdən sərbəst faydalanması üçün bir Sərbəst
İstifadə Laboratoriyası mövcuddur. Bundan əlavə,
şəhərciyin və binaların daxilində hər yer WiFi xidməti
ilə təmin edilib.
Universitetin iki yataqxanası var. Oğlanlar üçün olan
yataqxana üç ulduzlu, qızlar üçün olan isə dörd
ulduzludur. Yataqxanalar 250 yerlikdir. Tələbələrin
akademik və sosial tərəflərinin inkişafını təmin etmək
məqsədilə oxu zalları, kitabxana, peyk antenaları ilə
dünya TV kanallarını izləmək imkanı, istirahət
otaqları, bufet, idman kompleksi, internet salonu və
camaşırxana onların xidmətinə verilib. Bunlardan başqa,
vizual fəaliyyətlərin və xüsusilə xarici dil təhsilinin
inkişaf etdirilməsinə kömək məqsədilə sinevizyon
salonları mövcuddur. Yataqxana tələbələrə 7 gün 24 saat
fasiləsiz xidmət edir. Asudə vaxtlarını daha mənalı və
faydalı keçirmək üçün tələbələrlə müxtəlif gəzintilər,
idman və mədəniyyət proqramları təşkil olunur. Xüsusilə
xarici ölkələrdən gələn tələbələr Azərbaycan
mədəniyyətini, adət və ənənələrini yaxından tanıması
üçün onlar müxtəlif tarixi yerlərə ekskursiyalara
aparılır. Yataqxana tələbələri arasında futbol, tennis,
voleybol, şahmat, dama və s. kimi müxtəlif idman
növləri üzrə yarışlar təşkil olunur. Yataqxanadakı
tələbələr yeməklə də təmin olunur. Tələbələr ayda 160
manat ödəməklə yataqxanalarda təklif olunan bütün
xidmətlərdən istifadə edə bilərlər.
Universitetin
əsas tədris binasında yerləşən 700 nəfərlik yeməkxana
ali təhsil ocağının işçilərinə ödənişsiz xidmət edir.
Bundan başqa, universitet öz laboratoriyaları ilə də
digər ali təhsil ocaqlarından fərqlənir. Kompüter
laboratoriyaları tələbələrin istifadəsindədir.
İstədikləri zaman gəlib onlardan istifadə edə bilərlər.
Təkcə ötən il biologiya fakültəsinin nəzdində BP-nin
sponsorluğu ilə 11 laboratoriya fəaliyyətə başlayıb.
Mexanika Mühəndisliyi Laboratoriyaları Acer Aspire
U5-610 modelli kompüterlərlə təchiz olunub. Burada
tələbələrə ofis dərsləri, proqramlaşdırma dərslərindən
olan C, C++, Java, C# və bundan başqa şəbəkə, autocad və
s. kimi dərslər keçilir. Azer.net şirkətinin
sponsorluğu ilə Acer Aspire Z5771 modelli kompüterlərlə
qurulub.
"Azercell Telekom" MMC tərəfindən yaradılan bu
laboratoriya Qafqaz Universiteti ilə müzakirələr və
məsləhətləşmələr və tələbələrin istək və təklifləri
nəticəsində formalaşdırılıb.
"Azercell"in
Qafqaz Universitetinə xüsusi hədiyyəsi olan bu
laboratoriyada mobil rabitədə son üç nəsil texnologiya-
2G (GSM), 3G (WCDMA/UMTS) və 4G (LTE) radio baza
stansiyaları qurulub. Bu, nəinki Azərbaycanda,
ümumiyyətlə regionda bu səviyyədə və bu tipdə
texnologiya ilə təchiz olunan ilk laboratoriyadır.
Dördüncü nəsil texnologiya sayılan LTE çox yüksək
sürətli mobil internet - saniyədə 100 Mbit məlumat
ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir. Bu
avadanlıq Ericsson şirkəti tərəfindən təchiz olunan
sınaq sistemidir. Hazırda dünyada 4G texnologiyasının
məhdud dairədə tətbiq olunduğunu nəzərə alsaq, bu
sistemin hansı önəm daşıdığını təsəvvür etmək olar.
Laboratoriyanın digər əhəmiyyəti ondadır ki, "Azercell
Telekom" MMC məhz Qafqaz Universitetindəki bu
laboratoriya ilə ilk dəfə 4G üzərindən testləri həyata
keçirəcək. Digər tərəfdən, belə bir laboratoriya Qafqaz
Universitetinin tələbələri qarşısında böyük yaradıcılıq
imkanları açır. Çünki texnologiyanın köməyilə bacarıqlı
gənclərə müxtəlif məzmun və yeni xidmətlər yarada
biləcəklər. Qeyd etmək yerinə düşərdi ki, "Azercell" ilə
Qafqaz Universiteti arasında neçə illik səmərəli
əməkdaşlıq mövcuddur. Qafqaz Universitetinin tələbələri
şirkətin innovative "Barama" layihəsi çərçivəsində
araşdırma aparıblar. Universitet tələbələri həmçinin "Azercell"in
"Tələbə Təqaüdü" proqramında da iştirak edirlər.
Şirkətin mütəxəssisləri məhz bu universitetin tələbələri
üçün yeni nəsil texnologiyaları üzrə təlim keçir. Apple
kompüterləri ilə təchiz olunmuş laboratoriya tələbələrə
Mac dərsləri verir.
Bundan başqa, dil məktəbində bir ədəd dil
laboratoriyası, Bank of Baku-nun sponsorluğu ilə açılmış
"Maliyyə və mühasibat uçotu" laboratoriyası, pedaqoji
fakültəyə aid fizika laboratoriyası , kimya
laboratoriyası, biologiya laboratoriyası da fəaliyyət
göstərir.
Təməl işləmlər laboratoriyası
Təməl
işləmlər laboratoriyası tələbələrə kimya mühəndisliyinin
təməl prinsiplərini öyrənməyə və bunları praktikada
yerinə yetirməyə imkan verir. Laboratoriya özündə sənaye
əhəmiyyətli avadanlıqları ehtiva edir. Bu avadanlıqlara
distillə kalonu (fraksiyalı və birbaşa), əks-axın
prinsipli istilik mübadilə, ion mübadilə, qaz absorbsiya
və maye-maye ekstraksiya kalonu, membran ayırıcı,
püskürtməli (sprey) qurutma maşını aiddir. Bu mexanizm
tələbələri böyük miqyaslı istehsal prosesləri ilə tanış
etmək üçün nəzərdə tutulub. Bu laboratoriyada tələbələr
qruplar şəklində işləyir və dərsdə öyrəndikləri
bilikləri təcrübələrlə möhkəmləndirirlər.
Texnoloji proseslər laboratoriyası
Texnoloji proseslər laboratoriyası kimyəvi, fiziki və
bioloji proseslərin kompüter texnologiyası vasitəsi ilə
layihələndirilməsi, istiqamətləndirilməsi, idarə
olunması və optimallaşdırılması üçün nəzərdə tutulub.
Texnoloji proseslər ümumiyyətlə kimya mühəndisliyinin
bir qolu kimi qəbul olunur və neft kimyası, mineral
emalı, texnoloji materiallar, qida, farmaseptika və
bioloji sənayeni özündə ehtiva edir.
Fiziki kimya laboratoriyası
Laboratoriyada
fiziki kimya ilə bağlı tədqiqatlar aparmaq üçün kifayət
qədər müasir cihazlar mövcuddur. Tələbələrin sərbəst
işləyə biləcəyi cihazların əksəriyyəti kompüter
dəstəklidir. Bu cihazlara ion mübadilə sistemi,
adsorbsiya, karbon dioksid mühitində korroziyanın
tədqiqi cihazı və s. daxildir.
Üzvi kimya laboratoriyası
Üzvi kimya laboratoriyası mühazirələrdə öyrədilmiş
biliklərin tətbiq edilməsi üçün idealdır. Tam təchiz
olunmuş laboratoriya tələbələrə yüksək keyfiyyətli elmi
araşdırmalar aparmaq üçün şərait yaradır.
Analitik kimya laboratoriyası
Analitik kimya metod və ideyalardan ibarət olan, elmin
və tibbin bütün sahələrində tətbiq olunan hesablama
elmidir. Analitik kimya bütün elm sahələrinin
inkişafında əhəmiyyətli rol oynayır. Buna görə də
analitiklərdən kimya və fizika sahəsində geniş elmi
biliyə və böyük təcrübəyə malik olmaq tələb olunur.
Laboratoriyada kimyanın bu sahəsində müasir tədqiqat
apara bilmək üçün hər növ avadanlıqlar vardır.
Ümumi kimya laboratoriyası
Laboratoriya
ümumi kimyanın əsas mövzularının prinsip və
anlayışlarını öyrətmək üçün nəzərdə tutulmuşdur. Bundan
başqa, laboratoriya tələbələrə məlumatların yığılması və
analizi, təcrübə hesabatının hazırlanması və məlumat
kitablarından istifadəni də aşılayır. Kurs ərzində
tələbələrə laboratoriyada təhlükəsizlik texnikası
qaydaları və dəqiq laboratoriya üsulları öyrədilir.
Sərbəst istifadəyə açıq kompüter
laboratoriyası
Universitetdə 40 kompüterlik sərbəst istifadə
laboratoriyasında tələbələr asudə vaxtlarında internet
vasitəsilə tədqiqat işləri apara bilir, ev tapşırıqları,
kurs işlərini yerinə yetirirlər. Kompüter
laboratoriyalarında mütəmadi olaraq proqramlaşdırma və
informatika üzrə universitetdaxili və respublika
olimpiadaları, kompüter kursları, həmçinin
informatika üzrə müəllimləri
təkmilləşdirmə layihələri üzrə təlim həyata keçirilir.
İnformatika dərsləri laboratoriyaları
Qafqaz
Universitetində tədris məqsədilə hər birində 30 kompüter
olmaqla 4 kompüter laboratoriyası fəaliyyət göstərir.
Laboratoriyalar multimedia proyektoru ilə təchiz edilib.
Kompüter laboratoriyalarında informatika və
proqramlaşdırma dilləri tədris olunmaqla yanaşı, bir çox
bölmələrdə ixtisas fənlərinin kompüter mühitində tədrisi
prosesi də həyata keçirilməkdədir. Bütün kompüterlər
lokal şəbəkədə birləşdirilib və mərkəzi server
vasitəsilə internet şəbəkəsinə qoşulub.
CISCO CCNA laboratoriyası
Universitetdə 18 kompüter və CISCO avadanlıqları ilə
təchiz olunmuş bir CISCO CCNA laboratoriyası fəaliyyət
göstərir. Bu laboratoriya da multimedia proyektoru ilə
təchiz edilib. Burada informatika və proqramlaşdırma
dilləri tədris olunur.
Dövrə
nəzəriyyəsi
və
elektronika
laboratoriyası
Bu
laboratoriya
dövrə
nəzəriyyəsi,
elektronika
və
məntiq
layihələndirilməsi
dərslərinin
təcrübi
işlərinin
yerinə
yetirilməsi
üçün
lazım
olan
20
MHz-lik
ikikanallı
osilloqraflarla,
funksional
generatorlarla,
məntiq
treynerlərlə,
ikikanallı
qida
mənbələri
və
rəqəmsal
multimetrlərlə
təchiz
edilib.
Burada
eyni
zamanda
elektron
dövrələrinin
layihələndirilməsi
və
sınaqdan
keçirilməsi
üçün
uyğun
şərait
və
avadanlıqlar
mövcuddur.
ECDL
laboratoriyası
Universiteti
gəzəndə
ECDL
otağı
diqqətimi
çəkir.
ECDL (European
Computer
Driving
Lisence)
Beynəlxalq
Komputer
Səviyyə
ölçmə
sertifikatıdır.
Kompüter
biliklərini
ölçən
beynəlxalq
sertifikat
proqramıdır.
ECDL İrlandiyada
yerləşən
ECDL
fondu
tərəfindən
idarə
edilir.
Azərbaycan
universitetləri
içərisində
yeganə
olaraq
Qafqaz
Universitetinə
sertifikat
verilib.
Qafqazın
ECDL
sertifikatı
alan
müəllimləri
var
ki,
onlar
kompüteri
ən
yüksək
səviyyədə
bildiklərinə
görə
həmin
sertifikatı
alıblar.
Sertifikatı
olan
müəllimlər
demək
olar
ki,
hər
gün
digər
müəllimləri
öyrədir.
Bir
ay
yarımdan
sonra
isə
imtahan
keçirilir.
Sinxron
tərcümə
metodik
kabineti
Bu
kabinet
ilk
dəfə
Qafqaz
Universitetində
yaradılıb.
Mərkəz
9
kabinetdən
ibarətdir.
Biri
əsas,
yəni
müəllimlər,
digər
8-i
isə
tələbələr
üçün
nəzərdə
tutulub. Əsas
kabinetdə
müəllim
olmalıdır,
ya
da
hər
hansı
material
səsləndirilməlidir.
Digər
8
kabinetdə
olan
tələbələr
də
onu
operativ
olaraq
tərcümə
etməlidirlər.
Kabinetdən
kənarda
olan
tələbələr
isə
qulaqcıqlar
vasitəsi
ilə
həmin
tərcümələri
dinləyə
və
sonra
səhvləri
müzakirə
edə
bilərlər.
Ərəb
dili
və ədəbiyyatı
metodik
kabineti
Ərəb
dili
kabineti
universitetin
"Ərəb
dili
və
ədəbiyyatı"
bölməsində
təhsil
alan
tələbələr
üçün
nəzərdə
tutulub.
Kabinetdə
ərəbcə
müxtəlif
lüğətlər,
ərəb
dilinin
qrammatikası
və ədəbiyyatı
ilə
bağlı
Azərbaycan,
ərəb,
türk
və
rus
dillərində
çoxlu
sayda
dərsliklər,
kitablar,
qəzetlərlə
zəngin
kitabxana,
kompüterlər,
multimedia
və
proyeksiya
avadanlıqları
tələbələrin
istifadəsinə
verilib.
Bundan
başqa,
kabinetdə
tələbələr
televizor
və
peyk
antenası
vasitəsi
ilə
bir
çox ərəb
kanallarını
izləyə
bilirlər.
İmtahanlar
İmtahanın
proqramı
sessiyadan
iki
həftə
əvvəl
planlanır
və
elan
edilir. İmtahanlar
adətən
yazılı
aparılır.
Bəzi
fənlərdən
isə
test
üsulu
ilə
keçirilir.
İngilis
dilində
hazırlıq
kursunda
olan
tələbələr
üçün
bilgi
ölçmə
testləri,
bununla
yanaşı
şifahi
nitq,
yazı
qabiliyyətini
ölçmək
üçün
inşalar
verilir.
Bütün
bunlar
toplanılır
və
ortaq
bal
çıxarılır.
Universitetin
imtahan
qərargahı
var
ki,
xüsusilə
imtahan
sessiyası
zamanı
daha
aktiv
işləyir.
Əgər
tələbələrin
etirazı
varsa,
onu
yazılı
şəkildə
qərargaha
bildirirlər.
İmtahan ərizələrinə
baxılması
üçün
sahələr
üzrə
komissiyalar
qurulur.
Tələbə
haqlıdırsa
onun
balı
artırılır.
Universitetdə "Qaynar
xətt"
xidməti
də
fəaliyyət
göstərir
ki,
burada
da
əsasən
valideynlərin
şikayətləri
dinlənilir.
Kitabxana
Qafqaz
Universitetinə
daha
əvvəlki
gəlişlərimdə
də
kitabxanası
diqqətimi
çəkmişdi.
Bu
dəfə
kitabxanaya
daxil
olanda
girişdə
qurulan
elektron
lövhələrdə
tələbələrin
kitab
sifariş
verdiyini
görürəm.
Kitabxana
barədə
daha
geniş
məlumatı
isə
kitabxananın
əməkdaşı
verir:
-
Qafqaz
Universitetinin
iki
kitabxanası
var.
Biri
əsas
korpusda
yerləşən
böyük,
digəri
isə
hazırlıq
binasında
olan
kitabxanadır.
Hazırlıq
binasındakı
kitabxanada əsasən
dillərə
üstünlük
verilir.
Ümumilikdə
kitabxanalarda
100
minə
qədər
yerli
və
xarici
kitab
toplanılıb.
Universitetin
tələbələrinin
Tələbə
məlumat
sistemi
və
universitetin
müəllimlərinin,
işçilərinin
Personal
məlumat
sistemi
var.
Onların
hər
birinin
xüsusi
şifrəsi
olur.
Hər
kəs
daxil
olub
istədiyi
kitabı
yazır.
Həmin
məlumat
sistemində
kitaba
dair
bütün
məlumatlar
çıxır.
Hansı
kitabı
istəyirsə
sifariş
verir
və 15
dəqiqə
sonra
gəlib
götürür.
Ola
bilər
ki,
həmin
kitab
hazırda
kitabxanada
yoxdur,
başqa
bir şəxsdədir.
Bu
barədə
də
məlumat
sistemində
yazılır.
Elektron
bazaya
gəldikdə
isə,
burada
3
milyona
yaxın
e-book
(elektron
kitab),
20
minə
yaxın
qəzet
və
jurnal
toplanıb.
Bütün
müəllimlərin
də
dərsliklərinin
elektron
formada
PDF
formatı
var.
ABŞ
Konqresi
kitabxanası
və
dünyanın
bir
çox
nəşriyyatları
ilə
birbaşa
kitab
mübadiləsi
həyata
keçirilir.
Xarici
jurnallar
və
qəzetlərin
bəziləri
şifrəli,
bəziləri
isə
şifrəsizdir,
yəni
oxumaq üçün
ödəniş
edilməlidir.
Onların
hamısının
linki
universitetin
rəsmi
saytında
yerləşdirilib.
Qafqaz
Universiteti
tərəfindən
maliyyə
dəstəyi
ayrılıb,
həmin
qəzet
və
jurnallara
pul
köçürülür.
Bu
universitetdən
olan
hər
kəs
Qafqazın
İP-si
üzərindən
şifrəni
yazıb
istənilən
məlumatı
əldə
edə
bilər.
Kurslar
Universitetin
nəzdində
müxtəlif
kurslara -
ingilis
dili
kursu,
hazırlıq
kursu,
TOEFL,
İELTS,
ALES
kursları
fəaliyyət
göstərir.
Bura
qəbul
olan,
amma
ingilis
dilini
bilməyən,
ya
da
zəif
bilən
tələbələr
bir
il
müddətinə
hazırlıq
kursu
keçirlər.
İngilis
dilini
mükəmməl
öyrəndikdən
sonra
artıq
öz
ixtisaslarına
keçid
edirlər.
Universitetdə
təşkil
olunan
digər
kurslarda
isə
həm
tələbələrə,
həm
də
müəllimlərə
müəyyən
güzəştlər
olunur.
Məzunlar
işlə
təmin
olunur
Məzunların
87%-i
işlə
təmin
olunur.
Qalan
13%-in
işlə
təmin
olunmamasına
səbəb
qızların
ailə
həyatı
qurması,
oğlanların
isə
hərbi
xidmətə
getməsi
olur.
Universitet
öz
məzunları
ilə
müntəzəm
əlaqə
saxlayır.
Universitetin
Məzun
Koordinasiya
Şöbəsində
məzunlar
barədə
informasiyalar
toplanıb.
Məzun
bir
neçə
il
sonra
iş
axtaranda
belə
universitetə
müraciət
edə
bilər.
Texnopark
Qafqaz
Universiteti öz
Texnoparkı
ilə
də
diqqət
çəkir.
Dünya
universitetlərinin
təcrübəsində
əsas
yeri
tutan
Texnoparkı
Azərbaycana
ilk
dəfə
Qafqaz
Universiteti
gətirib.
Texnoparkın
əməkdaşı
deyir
ki,
2013-cü
ilin
yanvar
ayından
fəaliyyət
göstərirlər.
Texnopark
yaradılarkən
Türkiyənin
Orta
Doğu
Texnik
Universitetinin
nümunəsi
əsas
götürülüb.
Hazırda
Texnoparkda
10 şirkətin
ofisi
yerləşir.
Bunlar
əsasən
İnformasiya
Texnologiyaları
(İT), İT
və
biznes
sahəsində
çalışan
şirkətlərdir.
Şirkətlərin
bura
gəlməkdə
məqsədləri
tələbələrlə
və
müəllimlərlə
birlikdə çalışmaq,
onların
ideya
və
fikirlərindən
istifadə
etmək,
kadr
potensialını
artırmaqdır.
Şirkətlərdə
tələbələr
də çalışır
ki,
ötən
il
onların
sayı 30-a
yaxın
idi.
"Yeni
fikir"
Texnoparkın
həyata
keçirdiyi
ən
böyük
layihələrdən
biridir.
Bu
il
həmin
layihə üçün
252
yeni
fikirlə
bizə
müraciət
olunub.
Onlardan
196-sı
layihə şəklində
qəbul
olunub.
Hazırda
münsiflər
heyəti
həmin
layihələri
dəyərləndirir.
10
nəfərdən
ibarət
münsiflər
heyəti
var.
Onlardan
cəmi
4
nəfəri
universitetin
müəllimidir.
Digərləri
isə
böyük
şirkətlərin
nümayəndələri,
xaricdə
təhsil
alan
və
bu
sahə
barədə
məlumatı
olan
şəxslərdir.
Texnoparkda İnkubasiya
mərkəzi
də
var.
Hər
ilin "Yeni
fikir"in
qalibləri
buradakı
ofislərdən
birillik
istifadə
etmək
hüququ
qazanırlar.
Qalib şəxslər
öz
görüşlərini
keçirir,
investorları
dəvət
edir,
onlara
layihələrini
təqdim
edirlər.
Mərkəzlər
Karyera
Planlama
Mərkəzi.
Tələbə
və
məzunları
ən
çox
düşündürən
məsələlərdən
biri
ixtisasa
uyğun
iş
tapmaqdır.
İş
dünyası
isə
hazır,
bacarıqlı
kadr
arayışındadır.
Deməli,
kadr
hazırlığında
iş
dünyasının
tələbləri
nəzərə
alınmalıdır.
İş
dünyasının
tələblərinə
uyğun
kadr
hazırlığı
prosesi
kompleks
iş
olmaqla
yanaşı,
kadr
hazırlığında
mühüm
rola
malikdir.
Karyera
Planlama
Mərkəzi
(KPM)
müxtəlif
fəaliyyətləri
ilə
fərdin
özünü
tanımasına,
iş
dünyasına
hazırlanmasına
və
iş
həyatının
hər
pilləsində
uğur
əldə
etməsinə
istiqamət
verir.
KPM-nin
fəaliyyətləri
universitetlə
iş
dünyası
əlaqələrinin
formalaşması
və
inkişafı
baxımından
da əhəmiyyəti
danılmazdır.
Mərkəzin
əsas
məqsədi
tələbə
və
magistrlərin
inkişafı
istiqamətində
seminar
və
kurs
proqramları
təşkil
etmək,
Qafqaz
Universiteti
ilə
iş
dünyası
əlaqələrini
inkişaf
etdirməkdir.
Daimi İnkişaf
Mərkəzi 2002-2003-cü
tədris
ilindən
etibarən
universitet -
iş
dünyası
əlaqələrinin
inkişaf
etdirilməsi
məqsədi
ilə
fəaliyyətə
başlayıb.
Mərkəzin
fəaliyyətləri
sırasında
universitetin
iş
dünyası
ilə
olan
münasibətlərinin
tənzimlənməsi
ilə
yanaşı
yüksək
keyfiyyətli
təlim
və
məsləhət
xidmətləri,
xarici
dil
və
magistraturaya
hazırlıq,
kompüter
kurslarının
təşkili,
bir
neçə
funksional
sahə
üzrə
layihələrin
tətbiqi,
habelə
aylıq
"İş
dünyası"
bülleteninin
nəşri
yer
almaqdadır.
Hazırda
mərkəz
iş
dünyası
ilə
əlaqələr
üzrə
prorektorluğa
bağlı
olaraq öz
fəaliyyətini
davam
etdirir.
Elmi tədqiqatlar
Azərbaycanın
ali
təhsil
müəssisələri
içərisində
xüsusi
yeri
olan
Qafqaz
Universitetinin əməkdaşları
yüksək
səviyyəli
tədris
işləri
ilə
yanaşı
dünya
miqyaslı
elmi-tədqiqat
işləri
də
yerinə
yetirirlər.
Elmi
işlər
Qafqaz
Araşdırmalar
İnstitutu,
altı
elmi
tədqiqat
mərkəzi,
müvafiq
kafedra
əməkdaşları
və
tələbələr
tərəfindən
aparılır.
Qafqaz
Universiteti əməkdaşlarının
elmi
işlərinin
nəticələri
Amerika,
Avropa
və
Asiyada
nəşr
olunan
yüksək
reytinqli
elmi
jurnallarda
dərc
olunur.
Alimlərin
tədqiqat
işləri
eyni
zamanda
universitetin
"Journal
of
Qafqaz
University"
elmi
jurnalında
da
nəşr
olunur.
Jurnalın elektron versiyası Russian Periodicals
Catalog, Directory of Open Access Journals, Middle East
Virtual Library, The International Consortium for the
Advancement of Academic Publication, JournalSeek,
Genamics, RefSeek, Dspace, Eprınts, EBSCO,
Indexcopernicus, ASOS kimi mötəbər elmi internet
veribazalarına daxil edilib.
Google-un elmi tədqiqat axtarış sistemi olan Google
Scholarda Azərbaycanla əlaqəli elmi tədqiqatların
əhəmiyyətli bir hissəsini "Journal of Qafqaz University"
tərəfindən daxil edilmiş məqalələr təşkil edir. Məhz bu
səbəbdən elmi ictimaiyyət arasında yüksək nüfuza malik
olan jurnalda Rusiya, Türkiyə, Yaponiya, Hindistan,
Sinqapur, ABŞ və digər ölkə alimlərinin məqalələri dərc
olunub.
Qafqaz Araşdırmalar İnstitutu
Qafqaz Araşdırmalar İnstitutu Qafqaz və çevrəsindəki
bölgələrin tarixi, mədəni, sosial, hüquqi, siyasi,
iqtisadi və texniki sahələri üzrə araşdırma işlərini
həyata keçirmək, bu tədqiqləri dünyada aparılan öncül
araşdırmalar istiqamətinə yönəltmək və universitetdə bu
yöndə aparılan elmi işləri bir mərkəzdə əlaqələndirmək
məqsədilə fəaliyyət göstərir.
Qafqaz Araşdırmalar İnstitutunun elmi fəaliyyət
istiqamətində başlıca yeri Azərbaycan və Türkiyə əsas
olmaqla Qafqaz ölkələri xalqlarının dil, siyasət, sosial
həyatı ilə bağlı tarix, ədəbiyyat, mədəniyyət,
iqtisadiyyat və s. sahələri üzrə tədqiqat əsərləri,
monoqrafiyalar, tədris vəsaitləri, lüğətlər və s.
işlənib nəşr olunması tutur. Əldə olunan bilgiləri
ictimaiyyətə, dövlət və özəl təşkilatlara, media
qurumlarına çatdırır.
Psixoloji
xidmət
Universitetdə həmçinin psixoloji xidmət fəaliyyət
göstərir. Tələbələrin nəsə problemi olanda,
imtahanqabağı stress yaşayanda həmin xidmətdən istifadə
edirlər. Rəhbərlik və Psixoloji Məsləhət Şöbəsinin
rəhbəri, psixoloq Hüseyn Xəlilov tələbələrdən öz
psixoloji məsləhətlərini əsirgəmir.
Beynəlxalq proqramlar
Universiteti tanıdan amillərdən biri də onun beynəlxalq
əlaqələri, iştirak etdiyi beynəlxalq proqramlardır.
Qafqaz Universiteti ölkəmizdə tələbə mübadiləsinə görə
ilk yerlərdən birini tutan universitetlərdəndir.
Beynəlxalq əlaqələr barədə məlumat əldə etmək üçün
İqtisad korpusunda olanda öyrənirik ki, Pakistan İslam
Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayser
bir semestr ərzində universitetdə könüllü olaraq dərs
deyəcək.
Son illərdə dünyanın bir çox ölkəsindən universitetdə
təhsil almağa gələnlərin sayı artıb. Dünyanın ən azından
20 ölkəsindən burada təhsil alanlar var. TEMPUS, Erasmus
Mundus, "Mövlanə" mübadilə proqramlarında universitet
həm müəllim, həm də tələbə heyəti ilə ən aktiv iştirak
edib. Ötən tədris ilində 10-a qədər tələbə xaricdə
təhsil alıb. Erasmus Mundus proqramı ilə avropalı
tələbələr universitetdə təhsil almağa gəlir.
2014-2015-ci tədris ilinin birinci semestrində 3,
ikinci semestrində isə Çexiyadan 1 nəfər universitetə
təhsil almağa gəlib. "Mövlanə" proqramı çərçivəsində
kimya mühəndisliyində bir sinif tamamilə təhsilini
Türkiyədə davam etdirib. TEMPUS layihəsi çərçivəsində
xarici müəllimlərlə əlaqə saxlanılır və onlayn
seminarlar keçirilir.
Tələbələrin fəaliyyətləri
Tələbələr universitetin yaratdığı şəraitdən faydalanaraq
özləri də ideyalarını həyata keçirməyə çalışır, yeni
layihələrə start verirlər. Universiteti gəzəndə
pilləkənlərdə maraqlı sözlərə, tavanlarda uğur
böcəklərinə, divarlarda tələbələrin yaratdığı tablolara
rast gəldik. Nə olduğunu soruşanda, "İZ" layihəsidir
cavabını aldım. "İZ" nədir?
- Qafqaz Universitetində "İZ" sosial layihəsi yaxşı
tanınır. Layihənin məqsədi yenilənən və böyüməkdə olan
universitet şəhərciyinin gözəlləşdirilməsində
əməkdaşlarının və tələbələrinin iştirakını təmin etmək,
fikirlərinin real "İZ"lərini saxlamaqdır. Layihə
şəhərcikdə tədris binalarının daxilində və ya çöl
hissəsində ola bilər.
Layihə sosial xarakterlidir. Layihə başa çatdıqdan sonra
onu həyata keçirən qrup üzvlərinin adı layihə həyata
keçirilən yerdə yazılı şəkildə qeyd olunur. Layihədə
universitet əməkdaşları və tələbələr iştirak edə
bilər. "İZ" layihəsi çərçivəsində daxil olan
müraciətlərdən biri də gerçəkləşib. Pedaqogika
fakültəsi, ibtidai sinif müəllimliyi bölməsinin tələbəsi
Nərmin İbrahimlinin "Ağıllı pilləkən"lər adlandırdığı
bu layihə müraciətçinin öz başçılığı ilə həyata
keçirilib. İlkin olaraq bir pilləkən üçün tətbiq edilən
bu layihənin məqsədi universitetin bütün pilləkənlərini
"Ağıllı pilləkən"ə çevirməkdir. Universitetin nəzdində
fəaliyyət göstərən dizayn kursunun tələbələri köhnə
kompüter, maus və klaviatura parçalarından ibarət olan,
məharətlə rənglənmiş "Uğur böcəyini" xatırladan gözəl
kompozisiya hazırlayıblar.
"İngilis zona"sı
Universiteti gəzəndə əsas korpusun kiçik bir hissəsində
yaradılan "English only zone" diqqətimi çəkir. Bu barədə
layihənin koordinatoru Əsmər Həşimli məlumat verir:
- Bu, universitetdə 2015-ci ilin yeniliklərindən biridir.
Bu zonaya daxil olan hər kəs ingilis dilində
danışmalıdır. Orada təlimlər, debatlar, kitab
müzakirələri, ingiliscə qısa qrammatikaların izahı,
ingiliscə oyunlar keçiririk. Əsas məqsəd ingilis dilində
danışmaqdır. Burada əsas fəaliyyət göstərənlər tərcümə
fakültəsinin tələbələridir. Yer kiçikdir, amma debatlar,
təlimlər və s. dərs saatlarına görə planlaşdırılır, ona
görə sıxlıq yaşanmır. Debatlar müxtəlif mövzularda
aparılır və onlara ingilis dilini hər səviyyədən bilən
tələbələr qatılır. Bu da onların nitqini inkişaf
etdirməyə kömək olur. Gələcəkdə layihəni inkişaf
etdirmək və daha böyük yerə köçmək planlaşdırılır.
Dərnəklər
Qafqaz Universiteti Mədəniyyət və İdman İdarəsi
Dərnəklər Koordinatorluğu nəzdində 24 klub, rəsm, musiqi,
xor, rəqs dərnəkləri fəaliyyət göstərir. Dərnəkdə məşğul
olan tələbələr akt zalında tədbirlər keçirir,
müsabiqələr təşkil edirlər. Klubların fəaliyyət dairəsi
geniş və müxtəlifdir. Klubların əsas funksiyası maraq
klubları şəbəkəsində tələbə gənclərin intellekt
səviyyəsini yüksəltmək, bir çox sosial və mədəni
fəaliyyətləri həyata keçirməkdən ibarətdir. Klub
təmsilçiləri dünyada gedən proseslər çərçivəsində
seminar, panel və konfranslar təşkil edir, kimsəsiz və
az təminatlı ailələrə maddi və mənəvi kömək göstərirlər.
Universitetdə "Biznes dünyası", "Dialoq Qafqaz", "EAST
WEST", "Ekologiya", "Ədəbiyyat", "Gənc Akademiya", "İdman
Dünyası", "Beynəlxalq Tədqiqat Klubu", "OĞUZ" , "Pi",
"Sənaye Mühəndisliyi", "Düşüncə, "Media","Laləzar" və s.
kimi klublar da fəaliyyət göstərir.
Onlar ümumrespublika və universitet miqyasında
nailiyyətlər əldə edib.
Nailiyyətlər
"Yaşıl Kimyaçılar" klubu 2013-2015-ci illərdə dəfələrlə
Azərbaycan Dövlət Neft Şirkətinin keçirdiyi
breyn-rinqlərin qalibi olub. "Pi" klubu "Elm
festivalı"nda universiteti uğurla təmsil edib və bir çox
orta təhsil müəssisələrində sərgilər keçirib. Eyni
zamanda "Pi" klubu Azərbaycan Respublikası Təhsil
Nazirliyinin dəstəyi ilə ümumrespublika orta təhsil
müəssisələrinin şagirdləri arasında məntiq və riyaziyyat
olimpiadaları keçirib. "Biznes Dünyası" klubu "Azercell"
şirkətinin "Barama" layihəsində universiteti uğurla
təmsil edib. "İntellekt" klubu bir çox telekanallarda
təşkil olunan intellektual oyun və yarışmalarda
nailiyyətlər əldə edib.
Fotolar: Rəşad RAMAZANOĞLU |