Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Təhsil Nazirliyi ölkə mətbuatında yayılan məlumatlara aydınlıq gətirdi

 

Fevralın 11-də ölkənin bəzi kütləvi informasiya vasitələrində təhsil sahəsi ilə bağlı yayılan məlumatlarla əlaqədar Təhsil Nazirliyinə çoxsaylı suallar daxil olub. Nazirlik həmin sualları ümumiləşdirərək onlara dair cavablar hazırlayıb. Təhsil Nazirliyinin rəsmi internet saytında verilmiş həmin cavabları təqdim edirik. 

Sual: Son illərdə məktəb məzunlarının nəticələri yüksəlir, yoxsa enir?

Cavab: Son 3 ildə ölkədəki ümumtəhsil məktəblərindəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir. Gəlin onların nəticələrinə diqqət yetirək.

2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış (yəni, müsbət qiymət almış) məzunların sayı 50,27% idi isə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib.

2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idi isə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb.

Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir.

Sual: Qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0-200 bal bərabərdir "2"-yə, 200-300 bal - "3"-ə, 300-500 bal - "4"-ə, 500-700 bal - "5"-ə) uyğunlaşdırılması əmsalı doğrudurmu?

Cavab: Xeyr, belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyildir.

Sual: Qəbul imtahanlarının nəticələrinin əvvəlcədən proqnozlaşdırılması mümkündürmü?

Cavab: Yuxarı siniflərdə davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələri belə proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov