Bəşər tarixinə XX əsrin ən dəhşətli faciələrindən biri
kimi daxil olmuş Xocalı soyqırımından iyirmi üç il
keçir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
rəhbərinin 26 yanvar 2015-ci il tarixli 6 nömrəli
sərəncamı ilə Xocalı soyqırımının iyirmi üçüncü
ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq
edilmişdir.
Tədbirlər planında Təhsil Nazirliyi tərəfindən icrası
nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini, təhsil
müəssisələrində Xocalı soyqırımının iyirmi üçüncü
ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə
"Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında
Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün
keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər
planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil
şöbələri (idarələri), ilk-peşə və orta ixtisas, ali
təhsil, məktəbdənkənar təhsil müəssisələrinin
rəhbərləri:
2.1. təhsil müəssisələrində Xocalı soyqırımına həsr
olunmuş tədbirlər müəyyənləşdirib həyata keçirsinlər.
2.2. əmrin icrası ilə bağlı görülmüş işlər barədə 2 mart
2015-ci il tarixinədək Nazirliyə hesabat təqdim
etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını, əmr və tədbirlər
planının çoxaldılıb yerlərə göndərilməsini və Nazirliyin
internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
9 fevral 2015-ci il |