Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən ənənəvi "Moskva
Open 2015" beynəlxalq şahmat festivalında 4-cu turun
görüşləri başa çatıb. Ölkəmizi bu beynəlxalq turnirdə
müxtəlif qruplarda Rauf Məmmədov, Ülvi Sadıqov, Ülvi
Bacarani, Niyazi Nağdiyev, Rəvan Əliyev, Səbinə
İbrahimova, Günay Məmmədzadə, Aydan Höccətova, Aydın
Süleymanlı və Məhəmməd Muradlı təmsil edirlər.
3-cü turda Rauf Məmmədov yerli şahmatçı Leonid Nozdracev
üzərində qələbəsindən sonra 4-cü turda da çinli Yunguo
Vangı məğlubiyyətə uğradaraq xal ehtiyatını 3.5-ə
çatdırıb. Beləliklə Məmmədov turnirin lideri Ernesto
İnarkievdən yarım xal geri qalır. Ülvi Sadıqov da bu
turda qələbə qazanaraq aktivinə 2.5 xal yazıb. Niyazi
Nağdiyev 2 xal, Ülvi Bacarani və Rəvan Əliyevin isə 1.5
xalı var.
Qadınların turnirində mübarizə aparan Səbinə İbrahimova
isə yerli şahmatçı Yelena Semenova üzərində qələbə
qazanaraq 3.5 xalla 2-10-cu yerləri bölüşdürərək əlavə
göstəricilərə görə 8-ci yerdədir. Bu qrupda mübarizə
aparan digər həmyerlimiz Aydan Höccətova isə 3 xalla
15-ci yerin sahibidir.
Tələbələrin turnirində mübarizə aparan Günay Məmmədzadə
isə 2.5 xalla 4-cü pillədə qərarlaşıb.
Aydın Süleymanlı uşaqların turnirində aktivinə 3 xal
yazaraq 19-cu yerdədir.Məhəmməd Muradlının isə 2 xalı
var.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |