18-20
yaşlı gənclər arasında keçirilən sərbəst güləş üzrə
"Təhsil" Respublika İdman Mərkəzinin (RİM) Respublika
birinciliyi başa çatıb.
13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbində təşkil olunan yarışda
Təhsil Nazirliyinin tabeliyində olan 21 idman məktəbinin
130 yetirməsi iştirak edib. 9 çəki dərəcəsi üzrə
keçirilən yarışları Azərbaycan Güləş Federasiyasının
təyin etdiyi beynəlxalq dərəcəli hakimlər heyəti idarə
edib.
Yarışın məqsədi sərbəst güləş idman növü üzrə "Təhsil"
RİM-in yığma komandasını müəyyənləşdirməkdən ibarətdir.
Birincilikdə komanda hesabında I yeri Abşeron
Uşaq-Gənclər İdman Məktəbinin, II yeri 6 nömrəli
Uşaq-Gənclər Güləş Məktəbinin, III yeri "Təhsil"
Respublika İdman Mərkəzinin Gəncə filialının komandaları
tutub.
Yarışda yüksək nəticə göstərən idmançılar arasından
"Təhsil" RİM-in yığma komandasına üzvlər seçilib.
Güləşçilərdən ibarət yığma komanda fevral ayında həmin
yaş qrupu üzrə Azərbaycan birinciliyində "Təhsil" RİM-i
təmsil edəcək. |