Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

"Mübariz olaq!!!" adlı tədbir

 

Fevral ayının 7-si  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Bu münasibətlə Bakı şəhər 123 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi açaraq qəhrəmanın keçdiyi şərəfli ömür yoluna qısa nəzər saldı. Şagirdlərə örnək ola biləcək digər milli qəhrəmanlarımızın da adlarını çəkdi.

Əfsanəyə çevrilmiş şücaəti, qeyri-adi cəsarəti ilə yaddaşlara əbədi həkk olunan qəhrəman haqqında XI sinif şagirdləri Aqil və Nurlanın hazırladıqları slaydlar nümayiş olundu.

Sirac, Lamiyə, Bahar, Siddiqənin ifasında səslənən şeirlər, Mahmud, Gülşən və Firəngizin ifa etdikləri mahnılar tamaşaçıları duyğulandırdı.

Tədbirin ən təsirli məqamı Mübariz İbrahimov və anasına həsr olunan səhnəcik oldu. Mübarizin rolunu canlandıran İsmayıl və  ana rolunda Zərifə  bu işin öhdəsindən məharətlə gəldilər.

Bundan başqa, Leyla, Səbuhə, Dövran və digər şagirdlər də Mübariz İbrahimova olan sonsuz məhəbbət və ehtiramlarını ifa etdikləri rollarla çatdırmağa çalışdılar.

Ümumilikdə şagirdlərdə vətənpərvərlik ruhunu daha da artıran, torpağa, Vətənə olan sevginin hər şeydən üstün olduğunu onlara aşılayan ədəbi-bədii kompozisiyanın sonunda bütün iştirakçılar şəhidlərin qanını yerdə qoymayacaqlarına and içərək, "Mübariz olaq!!!" deyə bir ağızdan səsləndilər.

Yekun sözü ilə çıxış edən məktəbin direktoru Səba Həsənovanın vətəni sevmək, onu qorumaq, öz əməliylə vətənə xidmət göstərmək haqqında dediyi sözlər tədbirin təsir qüvvəsini bir az da artıraraq hər kəsi bir daha dərindən düşünməyə vadar etdi.  

Zülfiyyə NİFTALIYEVA,
 Bakı şəhəri 123 nömrəli tam orta məktəbin tarix müəllimi 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov