Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Məktəbdə "Açıq qapı günü"

 

Bakıdakı  5 nömrəli tam orta məktəbin  "Övladınızın təhsildə uğuru sizin təlim-tərbiyə işinə qoşulmağınızdan asılıdır!" müraciəti valideynlər tərəfindən hər zaman dəstəklənib. Bu ideyanın gerçəkləşməsi üçün məktəblə valideynlər arasında əməkdaşlıq qurulmuş, müxtəlif təlim-tərbiyə xarakterli tədbirlər keçirilib.

Valideyn-məktəb münasibətlərinin daha da möhkəmlənməsi məqsədi ilə yanvarın 31-də  5 nömrəli tam orta məktəbdə  "Açıq qapı günü" keçirilib. "Açıq qapı günü"ndə valideynlər müəllimlərlə  görüşüb, siniflərə və bütövlükdə məktəbə baxış keçirib, müxtəlif məsələlərlə bağlı direktora və müəllimlərə müraciət ediblər.

"Açıq qapı günü"ndə məktəbə  müxtəlif layihə və müraciətlərlə gələnlər də olmuşdur. Gün ərzində valideynlərlə onların övladlarının təlimdə uğurları müzakirə edilmiş, bu sahədə şagirdin inkişafı ilə bağlı yaranmış və yarana biləcək hər hansı bir problemin aradan götürülməsi istiqamətində əməkdaşlıq görüşü də keçirilib.

"Açıq qapı günü"ndə övladları məktəbdə təhsil alan valideynlərin böyük əksəriyyəti iştirak edib.  Valideynlərə məktəb rəhbərliyi tərəfindən şagirdlərin mütaliəsi ilə bağlı tövsiyə bukletləri də paylanmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov