BDU-da
TEMPUS layihəsi çərçivəsində növbəti seminar keçirilib.
Fevralın 2-də Bakı Dövlət Universitetində Avropa
Komissiyasının TEMPUS proqramının dəstəyi ilə həyata
keçirilən tələbələrə xidmət və dəstəyin inkişafı (Student
Support and Development Services) adlı layihə
çərçivəsində geniş tələbə kütlələri üçün növbəti
seminar-treninqlərdən biri reallaşdırılıb.
Tədbiri giriş sözü ilə açan BDU THİK sədri Daşqın
Qənbərov meneceri olduğu layihənin mahiyyəti və
əhəmiyyətindən bəhs edib, layihə çərçivəsində bundan
öncə də xeyli seminar-treninqlərin baş tutduğunu diqqətə
çatdırıb. Təşkilatın sədri 2 fevral - Gənclər Günü
münasibəti ilə tələbələri təbrik edib və ölkədə gənclərə
göstərilən qayğıdan, onlar üçün yaradılan şəraitdən söz
açıb.
Daha sonra tanınmış təlimçi Fəxri Ağayev "Müvəffəqiyyət
və məsuliyyət - uğurlu karyeraya gedən yol" mövzusunda
seminara başlayıb. Müvəffəqiyyətli karyera, hədəf
təyinetmə, müvəffəqiyyət və müvəffəqiyyətsizlik, şans -
bəxt - qismət başlıqları ilə slaydlar vasitəsilə
aparılan seminar BDU tələbələrinin marağına səbəb olub.
300-dən çox tələbənin iştirakı ilə 2 saata yaxın davam
edən tədbir tələbələrin suallarının cavablandırılması
ilə yekunlaşıb.
BDU THİK İctimaiyyətlə əlaqələr
departamenti |