Fevralın 2-də Azərbaycan Texniki Universitetində (AzTU)
Gənclər Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş
sözü ilə açan universitetin rektoru, professor Havar
Məmmədov bu gün münasibəti ilə gəncləri təbrik edib.
Rektor vurğulayıb ki, ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilən
"Azərbaycan Gənclər Forumu"nun ölkəmizdə gənclər
siyasətinin formalaşmasında və gənc nəslin geniş
fəaliyyət meydanına çıxarılmasında xüsusi rolu olub,
həmin gün Gənclər Günü kimi elan edilib.
Tədbirdə Yasamal Rayon Gənclər Təşkilatının sədri İlham
Səfərov da çıxış edərək gəncləri təbrik edib.
Daha sonra universitetin ictimai həyatında fəal rol
oynayan tələbələrə fəxri fərman və kiçik hədiyyələr
verilib. Həmçinin 24 tələbə rektorluğun xüsusi
təşəkkürünü alıb.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |