Yanvarın
30-da Gəncə Dövlət Universitetində Gənclər Günü
münasibəti ilə rektor, professor Yusif Yusibovla
tələbələrin görüşü keçirilib. Professor Y.Yusibov
tələbələri salamlayaraq, 2 fevral Gənclər Günü
münasibəti ilə onları təbrik edib. Tələbələrə
təhsillərində uğurlar arzulayan rektor həmişə onlara
dəstək olacağını bildirib.
Rektor çıxışında ulu öndər Heydər Əliyevin sərəncamı ilə
1996-cı ildən etibarən keçirilən Gənclər Gününü ölkə
gənclərinə göstərilən diqqət və qayğı kimi
qiymətləndirib, hazırda Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilən gənclər
siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi
olduğunu vurğulayıb.
Bildirilib ki, Gəncə Dövlət Universitetində təhsil alan
gənclər də dövlət tərəfindən onlara yaradılmış
imkanlardan lazımınca bəhrələnirlər. Rəhbərlik
tələbələrin təhsilinə, asudə vaxtlarını səmərəli
keçirmələrinə həmişə qayğı göstərir, onların hər bir
təşəbbüsünə diqqətlə yanaşır və həyata keçirilməsinə
yardımçı olur.
Tələbələr universitet Tələbə Gənclər Təşkilatına
yaradılan geniş imkanlara görə, onların asudə vaxtlarını
səmərəli keçirmələrinə ciddi fikir verdiyi üçün rektor
Yusif Yusibova minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rektor Y.Yusibov Gənclər Günü
münasibəti ilə universitetin həyatında fəallıq göstərib
fərqlənən bir qrup tələbəni fəxri fərmanla təltif edib.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |