Fevralın
4-də Azərbaycan Tibb Universitetində (ATU) məzun
rezidentlərə həkim-mütəxəssis diplomlarının təqdimat
mərasimi keçirilib.
Tədbirdə ATU-nun rektoru, Milli Məclisin deputatı,
akademik Əhliman Əmiraslanov ölkəmizdə təhsilin
inkişafına göstərilən dövlət qayğısını xüsusi
vurğulayıb.
Rezidentura təhsili barədə məlumat verən rektor bildirib
ki, bu sahədə təhsil müvafiq qərara əsasən, 40 ixtisas
üzrə iki ildən beş ilədək aparılır. Azərbaycan Tibb
Universiteti üzrə hazırda dörd kursda 38 ixtisas üzrə
554 rezident təhsil alır.
Qeyd edilib ki, rezidentura üzrə ilk buraxılış 2013-cü
ildə olub. Həmin il beş ixtisas üzrə beş nəfər təhsilini
başa vurub. 2014-cü ildə isə ATU üzrə bu məzunların sayı
33 nəfərdir. Respublika üzrə digər bazalardan olan 53
nəfər də ATU-da buraxılış yekun attestasiyasından
keçərək məzun olub. Ümumilikdə respublikada 2014-cü ildə
rezidentura üzrə 86 məzun olub.
Akademik Ə.Əmiraslanov məzunları təbrik edib, onlara
tövsiyələrini verib, uğurlar arzulayıb.
Sonra məzunlara diplomlar təqdim olunub.
AzərTAc |