2 fevral - Gənclər Günü münasibəti ilə "Buta Palace"da
istedadlı və yaradıcı gənclərin mükafatlandırılması
mərasimi keçirilib.
Tədbirdə Prezident Administrasiyası İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri
Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif
Əlizadə, həmçinin gənclər təşkilatlarının rəhbərləri,
fəal gənclər və digər qonaqlar iştirak ediblər.
Mərasimdə "2015-ci il Gənclər üçün Prezident
mükafatlarının verilməsi haqqında" Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına
uyğun olaraq, elm, mədəniyyət, təhsil və ictimai
fəaliyyət sahələrində xüsusi fərqlənən Elnur Həsənova,
Seymur Hüseynova, Zafiq Xəlilova, Xədicə Novruzovaya,
Fərid Sadıxlıya və Ceyla Seyidovaya Prezident mükafatı
təqdim olunub.
|