Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən
məktəblərin IV sinfində dərs deyən ibtidai sinif
müəllimləri üçün "Təməl" təqaüd proqramı təklif edir.
Müsabiqə əsasında seçiləcək müəllimlər "Təməl" təqaüd
proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə
iştirak etmək hüququ qazanacaqlar. 16 həftəlik təlim
kursunda iştirakçılar yaş fiziologiyası və
psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə
nəzəriyyələri, pedaqoji ustalıq praktikumu və İKT
savadlılığı mövzularında yeni yanaşmalarla tanış
olacaqlar.
Təlim keçənlər yekun qiymətləndirmədə iştirak edəcəklər.
İmtahanlarda qənaətbəxş nəticə göstərmiş iştirakçılara
sertifikat və təlim resursları təqdim olunacaq. |