Bu il BŞTİ valideynlərin rahatlığı, qəbul sisteminin
təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət
göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul
prosesinin elektron sistem vasitəsilə aparılmasını
nəzərdə tutmuşdur.
Bu məqsədlə hazırda sistem üzərində son tamamlama işləri
aparılır.
Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil
İdarəsi I sinfə qəbul prosesində iştirak edən
tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və
təkliflərinin öyrənilməsinə başlamışdır.
Bu səbəbdən, fevralın 5-i Bakı şəhərində yerləşən
müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərinin
rəhbərləri ilə görüş keçirilmiş, direktorlar elektron
sistemlə aparılacaq qəbul haqqında
məlumatlandırılmışdır.
Görüş qarşılıqlı müzakirə şəklində keçmiş, direktorlar
tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər
səsləndirilmişdir. |