Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Namizədlərin seçilməsi üzrə müsabiqənin zona mərhələsi keçiriləcək

 

Fevralın 15-də 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin zona mərhələsi keçiriləcək.

Bu mərhələnin keçirilməsi üçün respublika üzrə 10 mərkəz (Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Şamaxı, Ağdaş, Lənkəran, Xaçmaz və Naxçıvan) seçilib. Zona mərhələsində respublikanın bütün rayon və şəhərləri üzrə rayon, şəhər mərhələsində 19-dan yüksək bal toplamış 693 şagird iştirak edəcək. Bu mərhələdə suallar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının mütəxəssisləri tərəfindən nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. 30 sualın cavablandırılması üçün şagirdlərə 4 saat vaxt veriləcək.

Kimya üzrə dünya olimpiadaları dərinləşdirilmiş proqram üzrə keçirildiyindən sualların cavablandırılması kimya fənni ilə yanaşı, fizikaya dair biliklərin də olmasını tələb edir. Buna görə zona mərhələsində iştirak edəcək şagirdlərin ümumi proqramla yanaşı, kimyəvi elementlərin radioaktiv parçalanması, yarımparçalanma dövrü, radioaktivlik sıraları, kimyəvi reaksiyaların istilik effekti, sürəti, tarazlıq sabiti, suyun ion hasili, hidrogen göstəricisi, pH anlayışı, elektroliz, Faradey qanunları, aromatik və heterotsiklik maddələr, aromatik turşular mövzularına diqqət yetirmələri tövsiyə olunur.

Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar.

Qeyd edək ki, 80 ölkədən 300-dən artıq məktəblinin iştirak edəcəyi 47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-dən 29-dək Bakı şəhərində keçiriləcək.

Qeyd edək ki, Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) təşkil olunub. 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində keçirilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.

47-ci  Beynəlxalq  Kimya  Olimpiadası   ilə   bağlı   ətraflı  məlumat  olimpiadanın rəsmi internet saytında (http://icho2015.msu.az/) yerləşdirilib. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov