Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnıları
və təsniflərin, milli rəqslərimizin şagird və tələbələr
arasında təbliğ olunması, eyni zamanda bu istiqamətdə
aparılan işlərin səmərəliliyinin artırılması, şagird və
tələbələrin asudə vaxtlarının mənalı təşkili, xüsusi
istedada malik gənclərin üzə çıxarılması, onlarda ifa
mədəniyyətinin yüksəldilməsi məqsədilə "Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin
13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ilk-peşə
və orta ixtisas təhsili müəssisələrinin şagird və
tələbələri arasında Respublika ifa müsabiqəsi keçirilsin.
2.
Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi
təsdiq olunsun (əlavə olunur).
3.
Naxçıvan MR təhsil naziri, ilk-peşə və orta ixtisas
təhsili müəssisələrinin rəhbərləri müsabiqənin yüksək
səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.
4.
Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov)
müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin
mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin
satın alınması üzrə lazımi tədbirlərin həyata
keçirilməsini təmin etsin.
5.
Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov)
müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş
və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat
İdarəsinə təqdim etsin.
6.
İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və
xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti
və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə
vəsaitin ayrılmasını təmin etsin.
7.
İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını, əlavələrlə birlikdə
Nazirliyin internet səhifəsində yerləşdirilməsini və
çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
8.
Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə
olunsun.
Mikayıl
CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
3 fevral 2015-ci il |