* Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva 51-ci Münxen
Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya
Federativ Respublikasına işgüzar səfərə gediblər.
* Prezident İlham Əliyev fevralın 4-də Qəmər
Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında
sərəncam imzalayıb.
* Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti,
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak
etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və
incəsənət xadimi ilə görüşüblər.
* Fevralın 3-də ölkə başçısı İlham Əliyevin sərəncamı
ilə Polad Bülbüloğlu "Şərəf" ordeni ilə təltif edilib.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva fevralın 3-də "Bakubus"
Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) ilk Avropa
Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən
işlərlə, Zığ gölünün kompleks bərpası layihəsi ilə,
həmçinin Bakı İdman Sarayında həyata keçirilən əsaslı
yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
* Fevralın 2-də Prezident İlham Əliyev Azərbaycan
Respublikasından olan iştirakçıların "1941-1945-ci illər
Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley
medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
* Dövlət başçısı İlham Əliyev fevralın 2-də "Hərbi
vəzifə və hərbi xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli
1159-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman
imzalayıb.
* Fevralın 2-də ölkə başçısı İlham Əliyev "Azərbaycan
Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2014-cü il 30
dekabr tarixli 1165-IVQD nömrəli Qanununun tətbiqi
barədə sərəncam imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 2-də "Sağlamlıq imkanları məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli
1142-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam
imzalayıb.
* Yanvarın 31-də ölkə başçısı İlham Əliyev 2015-ci il
Gənclər üçün Prezident mükafatlarının verilməsi
haqqında sərəncam imzalayıb.
* Azərbaycanın birinci xanımı, "Bakı-2015" birinci
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva fevralın 5-də Bakıda keçirilən Avropa Olimpiya
Komitəsinin Əlaqələndirmə Komissiyasının V iclasında
iştirak və çıxış edib. |