Azərbaycan Taekvondo Federasiyası (ATF) 2001-2003-cü il
təvəllüdlü yeniyetmələr arasında respublika birinciliyi
keçirəcək. Azərbaycan Taekvondo Federasiyasının Gənclər
və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi turnirin
fevralın 21-22-də Göyçay Olimpiya İdman Kompleksində
keçirilməsi nəzərdə tutulur. Yarışlara Bakıda və
bölgələrdə fəaliyyət göstərən komandalar, on çəki
dərəcəsində taekvondoçu oğlan və qızlar qatılacaqlar.
İki gün davan edəcək turnirdə idmançılar şəxsi və
komanda birinciliyində qüvvələrini sınayacaqlar. Fəxri
yerləri tutan idmançılar və komandalar ATF tərəfindən
diplom, medal və müxtəlif hədiyyələrlə
mükafatlandırılacaq.
Birincilik Azərbaycanda taekvondo idman növünün təbliği
və inkişaf etdirilməsi, yarış təcrübəsinin və ustalığın
artırılması, yeniyetmələr arasında yığma komandaların
heyətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Yarış
"Daeodo" international taekvondo sistemi ilə keçiriləcək
və "video təkrar" sistemi tətbiq olunacaq. |