Bakıdakı 258 nömrəli tam orta məktəbin idman zalında
keçirilən stolüstü tennis üzrə Bakı şəhər açıq
çempionatı başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından aldığımız
məlumata görə, bir həftə davam edən çempionat 32 kişi
və 16 qadın idmançının iştirakı ilə şəxsi və qoşa
formatda keçirilib.
Kişilər arasında Zaur Mikayılov
birinci yerə layiq görülüb. Vaqif Fatehi ikinci,
Əliverdi Şahgəldiyev üçüncü yerlərin sahibi olublar.
Qadınlar arasında yarışlarda Nəzakət Qarayeva birinci,
Fatimə Məmmədli ikinci və Vüsalə Salahova üçüncü yerləri
tutublar. Qaliblərə Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsinin diplom və hədiyyələri təqdim edilib. |