Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Professor-müəllim heyəti arasında şəxsi çempionat keçirilib

 

Yanvarın 23-də Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bu ali təhsil ocağının professor-müəllim heyəti arasında stolüstü tennis üzrə şəxsi çempionat başa çatıb.

Federasiyadan bildiriblər ki, turnirin bağlanış mərasimində akademiyanın rektoru, professor Ağacan Abiyev və Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə çıxış edərək turnirin nəticələrini yüksək qiymətləndiriblər. Bildirilib ki, ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir, beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturu yaradılır.

İki gün davam edən yarışda kişilər arasında Kamal Şıxəliyev I, Həsən Həsənov II və Şirin Vəliyev III yerləri tutublar. Qadınlar arasında yarışda Esmira Vahabzadə I, Sevda Qarayeva II, Ruhəngiz Əsgərova  III yerlərə sahib olublar.

Sonda qaliblərə federasiyanın diplom və hədiyyələri təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov