Bakıdakı 38 nömrəli tam orta məktəbdə "Fövqəladə
hallarda özünü necə aparmalı?" mövzusunda
maarifləndirici tədbir keçirilib. Fövqəladə Hallar
Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı
ilə keçirilən tədbirdə məktəbin müəllim-şagird
kollektivi ilə yanaşı, texniki işçilər və valideynlər
də iştirak ediblər.
Tədbirdə Bakı Regional Mərkəzinin strukturu və fəaliyyət
istiqamətləri, fövqəladə hallar, onun növləri, fövqəladə
hallar zamanı davranış qaydaları, mülki müdafiə
anlayışları ilə bağlı məlumat verilib. Mərkəzin
əməkdaşları çıxış edərək fövqəladə hallar zamanı
başqalarına kömək etməyin yollarını izah ediblər.
Fövqəladə Hallar Nazirliyinin hazırladığı "Dəm qazı və
ya arzuolunmaz qonaq" adlı videoçarx nümayiş etdirilib.
İştirakçılara mövzu ilə bağlı broşürlər paylanıb və
onları maraqlandıran suallar cavablandırılıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |