Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Pedaqoji təcrübəyə həsr olunmuş konfrans

 

Böyütmək üçün seçinYanvarın 26-da Azərbaycan Dillər Universitetinin  pedaqoji, filologiya və jurnalistika fakültələrinin  bakalavr  pilləsinin əyani və qiyabi şöbəsində təhsil alan  sonuncu  kurs  tələbələrinin  pedaqoji  təcrübəsinə həsr olunmuş konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin tədris işləri üzrə prorektoru Vazeh Əsgərov pedaqoji təcrübənin tələbələrin həyatlarında önəmli olduğunu söyləyib.

ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev  tələbələrin təhkim olunduqları təhsil müəssisələrində universitetin adına layiq  nizam-intizam qaydalarına riayət etmələrini, pedaqoji təcrübədə əldə etdikləri bilik və bacarıqları yüksək səviyyədə nümayiş etdirmələrini tövsiyə ediblər.   Pedaqoji təcrübə rəhbəri Məmməd İsmayılov   prosesin  təşkili ilə bağlı məsələlərdən və  təcrübəyə ayrılan saatlardan  söz açıb.   Kəsiri olan tələbələrin pedaqoji təcrübədə iştirakı ilə bağlı məsələlərə də aydınlıq gətirilib.

Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, kurikulum və keyfiyyətə nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədova çıxış edərək  pedaqoji təcrübənin tələbələrin pedaqoji fəaliyyətindəki ilkin təsirlərindən danışıblar.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov