Quba şəhərindəki Gənclər Təhsil Mərkəzində keçirilən
regional ofisin açılış mərasimində ölkəmizdə aparılan
uğurlu gənclər siyasətinin hədəfləri, bu siyasətin
həyata keçirilməsində gənclər təşkilatlarının və
gənclərin fəal şəkildə iştirakı, eləcə də gənclərin
hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığı
diqqətə çatdırılıb.
GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə Qubada
regional ofisin yaradılmasının əhəmiyyətindən danışaraq
bildirib ki, intellektual yarışın keçirilməsi, istedadlı
gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də
məhz dövlətin gənclər siyasətinin tərkib hissəsidir. I
intellektual bilik yarışının əsas məqsədi də gənclərin
intellektual səviyyəsinin yüksəldilməsini
stimullaşdırmaq, onların milli-mənəvi dəyərlər və
tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına
kömək göstərməkdir.
Bilik yarışmasında qalib gələn komandalar Gənclər üçün
Təhsil Mərkəzi tərəfindən mükafatlandırılıblar.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
sh.cafarov@muallim.edu.az |