Quba Rayon Təhsil Şöbəsinin müdir əvəzi L.Müslümovdan
aldığımız məlumatda bildirilir ki, iki il ərzində
rayonda 15 məktəb tikilib.
Bu il Afurca kəndində 120, Qımılqışlaq kəndində isə 220
şagird yerlik məktəb binaları istifadəyə veriləcək.
Əsparəsti və Məckə-Xacə kəndlərində də yeni məktəb
binalarının tikintisinə başlanılıb.Yeni dərs ilində
məktəblər inventar və avadanlıqlarla tam təchiz edilib.
Hazırda 52 məktəbdə kompüter sinfi fəaliyyət göstərir.
Məktəb kitabxanalarında kitab fondu xeyli zənginləşib.
Ümumtəhsil məktəblərində müəllimə olan ehtiyac ilbəil öz
həllini tapır. Vakant yerlərə imtahan vermiş 106
müəllimdən 84-ü seçdiyi məktəblərdə fəaliyyətə başlayıb.
Təhsil şöbəsi müəllimlərin metodik hazırlığını
yüksəltmək üçün məktəblərarası 7 metodik məntəqənin və
45 dayaq məntəqəsinin fəaliyyətini təşkil edib.
Məktəblilərin VIII Beynəlxalq ətraf mühitin mühafizəsi "İNEPO
- EUROASİA" layihə olimpiadasında ekoloji tərbiyə və
təcrübəçilik mərkəzinin 50 dərnək üzvü, Finlandiyanın
Hyvinka şəhərində Beynəlxalq İncəsənət sərgisində Uşaq
Yaradıcılıq Mərkəzinin 15 dərnək üzvü iştirak edib.
"Ekoerudit" məktəblilərin breyn-rinq bilik yarışının
zona turunda Quba şəhər 6 nömrəli tam orta məktəbinin "Eko-star"
komandası 8 komanda arasında I yeri tutaraq yarışların
respublika turunda iştirak edib. Quba məktəbliləri
"Nə? Harada? Nə zaman?" intellektual oyununun final
mərhələsinin iştirakçısı olub. |